2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Ölkə futbolu

Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək

Futbol üzrə Azərbaycan kubokunun 2026-2027 mövsümünün final matçının keçiriləcəyi məkan bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov feysbuk hesabında yazıb.

O paylaşımında bildirib: "Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək".

Qeyd edək ki, Azərbaycan kubokunun final matçı 2027-ci il mayın 12-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30