27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Ölkə futbolu

Renat Dadaşov: "Bukovina"nın təklifi və baş məşqçinin yanaşması məni razı saldı"

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Ukraynanın "Bukovina" klubuna keçidindən danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı forvard Ukrayna təmsilçisinin mətbuat xidmətinə açıqlamasında "Bukovina" variantı barədə məlumat aldığını diqqətə çatdırıb:

"Agentim mənə zəng edərək Ukraynadan təklif olduğunu və 'Bukovına'nın mənimlə maraqlandığını bildirdi. Bundan sonra klub haqqında məlumat toplamağa başladım. Rəhbərliklə danışdıqdan sonra bu komandaya qoşulmaq ideyası xoşuma gəldi. Baş məşqçinin iş üslubu, oyun modeli və klubun məni heyətində görmək istəyi qərarıma təsir etdi. Onların münasibətini görəndə bura gəlməyə yüz faiz əmin oldum və müqavilə imzaladım. Güclü rəqiblərə qarşı oynayarkən qazandığım təcrübəni "Bukovina"ya gətirmək və meydanda bu komandanın şərəfini qorumaq istəyirəm".

O, Ukrayna futbolu və Çernovtsı şəhəri barədə fikirlərini bölüşüb: "Bir il əvvəl Azərbaycan millisinin heyətində Ukraynaya qarşı oynayarkən 12 aydan sonra bu ölkəyə köçəcəyimi ağlıma gətirməzdim. Lakin futbolu elə buna görə sevirəm. Ukrayna çempionatının səviyyəsindən xəbərdaram, burada həmişə güclü klublar olub. Çernovtsı da çox gözəl şəhərdir və burada olmaqdan zövq alıram".

Milli üzvü əsas məqsədinin komandaya kömək etmək olduğunu vurğulayıb: "Hücumçuyam və işim qollar vurmaq, məhsuldar ötürmələr etməkdir. Azarkeşlərin dəstəyi bizim üçün düşündüklərindən də vacibdir. Onlar tribunadan enerjilərini verəndə, komanda daha çox qələbə qazanmağa qadirdir".

Qeyd edək ki, R.Dadaşov Ukrayna klubu ilə "1+1" illik müqavilə imzalayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31