14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Simurq” - “İnter” matçında dava düşdü

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında startı verilən XXI tur qalmaqalla başlayıb. Zaqatalada baş tutan "Simurq" - "İnter" matçında dava düşüb. Buna səbəb isə paytaxt təmsilçisinin heyətində Cosqun Diniyevin hərəkəti olub.

Belə ki, baş hakim Rəşad Əhmədov matçın 84-cü dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Diniyev topu tora qovuşdurandan sonra tribunaya tərəf qaçaraq, azarkeşlərdən birinə əli ilə “sakit olmağı” tapşırıb.

Bundan qəzəblənən zaqatalalı azarkeşlər isə meydana axışaraq, futbolçunu etdiyi hərəkətə  görə cəzalandırmağa çalışıblar. Nəticədə stadionda kütləvi dava baş verib. Baş hakim Diniyevi bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıb. Kütləvi davada iştirak etdiyi üçün "Simurq"un bir futbolçusu da qırmızı vərəqə alıb.

Məlumatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də təsdiqləyib: “Matçın hakimi mənə zəng edib, baş verənləri danışdı. Oyun təxminən 5-6 dəqiqə dayanıb. Klub rəhbərlərinin müdaxiləsindən sonra qalmaqal sakitləşdirilib”.

Baş hakim Rəşad Əhmədov isə açıqlamasında hadisə barədə danışmağa icazə olmadığını bildirib: “Sizdən çox xahiş edirəm, mənim bu haqda açıqlama vermək səlahiyyətim yoxdu. Hazırda sistem altındayam. Nə baş veribsə, matçın protokoluna qeyd etmişəm. Yəqin ki, İntizam Komitəsi növbəti iclasında lazımi ölçü götürəcək”.

Xatırladaq ki, oyun 2:2 hesabı ilə başa çatıb.


apasport.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31