Ölkə futbolu
Rəşad Sadıqovdan qələbə şərhi
Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Neftçi"ni qəbul edən "Zirə" 1:0 hesablı qələbə qazanıb.
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
"Olduqca maraqlı oyunun şahidi olduq. İlk dəqiqələrdən meydanda aqressiv oyun gedirdi. Taktiki döyüş gedirdi. Heç kim bir-birinə güzəşt etmək istəmirdi. Birinci hissədə eyni səviyyədə oyun keçdi. İkinci hissədə daha sürətli oynamağa çalışdıq. Qəti şəkildə müdafiəyə oturmaq istəmirdik. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları yerinə yetirdilər, əzmkar mübarizə apardılar. Qarşımızda çox güclü rəqib var idi. Son 2 turda, avrokuboklarda da "Neftçi"nin gücü bəlli idi. Vacib üç xal qazandıq. Futbolçuları, rəhbərliyi təbrik edirəm. Bu gün futbolçularımın əzmkarlığı ilə fəxr etdim".
- Yuri Vernidub qeyri-rəsmi dedi ki, hakimlər "Zirə"ni sevir, üç oyunda da eyni ssenari olub...
- Bir az öncə "CBC Sport"da da eyni sual ünvanlandı mənə. Eyni sözlər deyəcəm. Son iki oyunda sadəcə bir hakim səhvi var idi. Orada da bərabər səviyyəli oyun keçirdi, rəqib fərqləndi. Sonradan oyunu üzərimizə götürdük, daha yaxşı oynadıq. Biz də etiraf etdik. Yuri Verniduba böyük rəğbətim var, məşqçi kimi, davranışları... Sevinirəm ki, bizdə belə məşqçi işləyir. O, 5-6 aydır buradadır. Bilmir ki, illər boyu "Zirə" neçə il hakim səhvlərindən əziyyət çəkib. Hansısa mübahisəli epizod xatırlamıram. Ola bilər emosionaldır, yaddaşında da o oyun qalıb, belə fikir deyib. Mənim üçün ona qarşı hisslərim dəyişilməz olaraq qalır.
- Nədənsə oyun planında narazı qaldığınız məqam oldu?
- Son ötürmələrdə, son zərbələrdə daha dəqiq olsaydıq daha yaxşı olardı. Bu tip rəqiblərə qarşı bir top fərqi ilə qalib gəlmək çox çətindir. Son dəqiqələrdə üzərimizdə basqı yaratmışdılar. Davit Volkovun qaçırdığı qol epizodu var.
- Final fitindən sonra Verniduba tərəf getdiniz, amma görüşmədiz...
- Doğrudur. Yaxınlaşıb sağollaşmaq istədim. Birbaşa paltardəyişmə otağına getdi. Üçüncü oyundur aramızda. Keçən oyunun sonu da gərgin keçmişdi. Ondan sonra da əlimizi sıxmışdıq. "CBC Sport"a açıqlamadan qayıtdıqdan sonra ona bildirdim ki, sizə yaxınlaşmışdım. O da dedi ki, məyus idim deyə, paltardəyişmə otağına getdim.
- Junior Martinsi pul əldə etmək üçün satdınız, yoxsa necə?
- Junioru satmaq planlarımıza daxil deyildi. Biz sol vingerlərə baxmırdıq ki, Eren və Junior var. Junior mənimlə uzun-uzadı danışdı, çox yaxşı təklif gəlmişdi. Rəhbərliyimizə bildirdim. Onlar da transferin qarşısını almaq istəmirdi. Bizdə çox uğurlu çıxış edirdi. Çox faydalı idi, "Torpedo"ya qarşı yaxşı idi. Maliyyə qazancımız da oldu. Bu da mütləq olmalıdır. Gələn futbolçu düşünməlidir ki, bu klubdan harasa getmək olur. Rəhbərlik bizə 4-5 transferə imkan verib. Biz sadəcə seleksiya aparırıq. Ciddi ehtiyat qüvvəmizdə problemimiz var. İssa Cibralını ehtiyatda saxladıq. Şifahi iki futbolçu ilə anlaşmışıq. Sadəcə imza atılmayınca nəsə demək olmur.
- Qarşıda ağır qrafikiniz var. Bu haqda fikriniz necədir?
- Bizi üçün hər oyun üç xal üç xaldır, bir xal bir xaldır. Ötən mövsüm asan oyun görünən 6 matçda xal itirmişik. Sonda da avrokuboklardan bizi məhrum etdi. "Qarabağ"la oynadıq və ya "Şəfa" ilə oynadıq, fərqi yoxdur. Doğrudur, rəqib olaraq fərqlidir. Rəqibləri fərqləndirmirik. Üst-üstə belə 4 oyun keçirmək də istəməzdim. Səfərdə "Sabah"la qarşılaşacağıq. Onları da ürəkdən təbrik edirəm. Onlara uğurlar arzulayırıq.
- "Qarabağ"ın Liqa mərhələsinə düşə bilməməsinə görə Qurban Qurbanova olan tənqidlər haqda fikriniz necədir?
- Məyusluq yaşayıram. O fikirləri səsləndirən bəzi insanlara görə bu məyusluğu yaşayıram. Onların adına, heyifsilənirəm. Bu söhbəti dostlarıma demişəm, heyifsilənirəm ki, həqiqətənmi bu təfəkkürdəyik? "Qarabağ" əlindən gələni etdi. Rəqib çox ciddi idi, püşk də çox ağır gətirirdi. "Dinamo" (Kiyev), "Tvente"... Zədələr və bu məqamlar olduqca önəmlidir, hər şeyin uğurlu alınması üçün... Vəziyyəti hamımız başa düşürdük. Bu cür vəziyyətlərdə nə etmək olar? İlk oyunda alındı, amma cavab görüşündə rəqib bir az da "Qarabağ"ı daha yaxşı tanıdı və qələbə qazandı. Düşünürəm ki, Qurban müəllim daha da güclü dönəcək. Təsəvvür edin, deyirəm ki, uduzmaq limiti yoxdur. bir oyun uduzur millidən göndərilir, o biri oyun uduzur avrokuboklarda tənqid olunur. Məntiqi cəhətdən daha tez olmalı idi, 5 və ya 6-cı sezonda. 12 ildir avrokuboklarda uğur qazanmaq və bura qədər gəlmək fantastik göstəricidir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
14.10.2026
13.10.2026
12.10.2026
























