13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Denzel Jubitana “Neftçi”də

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana heyətə cəlb olunub.

27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 22 nömrəli formanı geyinəcək.

Əsasən sağ vinger mövqeyində çıxış edən Jubitana komandanın oyun sistemindən asılı olaraq hücumda müxtəlif mövqelərdə oynaya bilir. O, ötən mövsüm sonuncu klubu “Atromitos”un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.

Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31