13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Bense Varkonyi: “Məğlubiyyət üzücüdür...”

“İkinci hissədə hesabı açdıq. Hər şey bizim xeyrimizə idi. Sadəcə son 20 dəqiqədə çətinliklə üzləşdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bense Varkonyi UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

Macar müdafiəçi 1:4 hesablı məğlubiyyəti belə şərh edib: “Son dəqiqələrdə ikinci qolu buraxmağımız çox üzücü oldu. Halbuki nəticə bizim xeyrimizə idi. Ani diqqətsizlik qapımıza qolla nəticələndi. Əlavə vaxtda isə rəqib üstünlüyü tam ələ aldı. Yekunda uduzduq. Təbii ki, məğlubiyyət üzücüdür. Artıq irəli baxmalıyıq”.

25 yaşlı futbolçu bir qədər zamana ehtiyac duyduqlarını vurğulayıb: “Hər birimiz peşəkar futbolçularıq. Yeni gələnlər də komandaya mümkün qədər tez uyğunlaşmaq üçün çalışır. Lakin bir qədər vaxta ehtiyacımız var. Futbol belədir, bir gün udursan, bir gün uduzursan... Təbii ki, uduzmağımızı heç kim istəməzdi”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31