13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Litva səfirindən "Qarabağ"a dəstək

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus UEFA Konfrans Liqasının pley-off mərhələsindəki məğlubiyyətindən sonra "Qarabağ" futbol klubuna (FK) dəstəyini ifadə edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ötən gecə "Qarabağ" qələbə qazanmasa da, bir nəticə bu komandanın artıq nail olduqlarını heç cür kiçildə bilməz. "Qarabağ"a və uzun illər ərzində komandaya rəhbərlik edərək Avropa arenasında unudulmaz qələbələr qazandıran, Azərbaycanın futbol mədəniyyətinə böyük töhfə verən baş məşqçi Qurban Qurbanova böyük hörmətimi bildirirəm. Belə bir irs həmişəlik qalır", - deyə o yazıb.

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente"yə iki oyunun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb. Bununla da, ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası qırılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31