12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

Tahir Gözel: “Səhvlərimizdən dərs alacağıq”

“Alınmadı, futboldur bu. Səhvlərimizdən dərs alacağıq. Gözəl transferlərimiz var. Gələcəkdə daha da böyüyəcəyimizə şübhə etmirəm. “Qarabağ” doğru yoldadır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

O, məğlubiyyətə baxmayaraq, yollarına davam edəcəklərini bildirib: “Tvente” ilə mübarizədən qalib ayrılmağı çox arzulayırdıq. Lakin iki dəqiqə çatmadı. Dözsəydik, tam başqa nəticə olacaqdı. Qismət deyilmiş. Amma biz ürəyimizlə yolumuza davam edəcəyik”.

“Gözləmək olar ki, “Qarabağ”ın qayıdışı daha güclü olacaq?” sualını T.Gözel belə cavablandırıb: “Əlbəttə. Yeni transferlərimiz möhtəşəm futbolçulardır. Mən hesab edirəm ki, uyğunlaşma üçün bir qədər vaxt lazımdır. Önümüzdə çempionat var. Bu gün iki yeni transferi açıqladıq. Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb. Amma təəssüf ki, bir qədər vaxtımız çatmadı”.

Klub rəhbəri artıq avrokubokları unutmalı olduqlarını söyləyib: “Həyatda beş dəqiqə sonra olacaqlar xəyaldır. Qarşımızda hədəf var. Mənim ürəyimdə böyük bir eşq var və biz bu yola davam edəcəyik”.  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31