12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Monakoda keçirilən mərasimdə Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb.

Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.

Püşkün nəticəsinə əsasən “Sabah”ın rəqibləri aşağıda adları qeyd edilən komandalardır:

“Barselona”, İspaniya (ev)

“Arsenal”, İngiltərə (səfər)

“Borussiya” Dortmund, Almaniya (ev)

“Mançester Yunayted”, İngiltərə (səfər)

“Vilyarreal”, İspaniya (səfər)

“Napoli”, İtaliya (ev)

“Slaviya” Praqa, Çexiya (ev)

“Vikinq”, Norveç (səfər)

Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək.

Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31