27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

"Qarabağ" - "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" bu gün Bakıda Niderlandın "Tvente" klubunu qəbul edəcək.

Futbolxeber.az saytının məlumatına görə, azarkeşlər üçün qarşılaşma öncəsi Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında "Azərsun Holdinq"in təşkilatçılığı ilə xüsusi fan zona fəaliyyət göstərəcək.

27 avqust saat 18:00-dan etibarən başlayacaq proqram çərçivəsində futbolsevərləri müxtəlif əyləncəli oyunlar, DJ çıxışı və maraqlı fəaliyyətlər gözləyir.

Fan zonaya gələn qonaqlar "Azərsun Holdinq"in müxtəlif markalarının məhsullarından da dadmaq imkanı əldə edəcəklər. "Azerçay", "Joyzz", "Zeytun Bağları", "Bizim Süfrə", "Azərsüd", "Shokki Mokki" və "Bizim Tarla" markaları azarkeşlərə öz məhsullarını təqdim edəcək.

Xatırladaq ki, "Qarabağ" Futbol Klubu 2001-ci ildən "Azərsun Holdinq"in dəstəyi ilə fəaliyyətini davam etdirir. Bu əməkdaşlıq illəri ərzində klub həm ölkə futbolunda, həm də beynəlxalq arenada mühüm nailiyyətlərə imza ataraq Azərbaycan idmanının tarixində xüsusi yer qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31