8 Oktyabr 2026, Cümə axşamı
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

“Neftçi” 300-ə çatdı

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının II turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”ı məğlubiyyətə uğradıb - 5:0.

Yubiley ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib. “Neftçi” yüksək dəstədə öz meydanında 113 heç-heçə edib və 79 dəfə xalsız qalıb.

Qeyd edək ki, “Neftçi”nin ilk ev qələbəsi 1992-ci il mayın 8-də qeydə alınıb. “Ağ-qaralar” Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31