9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Bu mövsüm də "Araz-Naxçıvan"ın məqsədi avrokuboklara vəsiqə qazanmaqdır"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının ikinci turunda səfərdə "Neftçi"yə 0:5 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov matç haqda fikirlərini bildirib:

"Oyunun iki tamamilə fərqli hissəsini gördük. Ardıcıl buraxdığımız qollar oyuna təsir etdi. Futbolçular bundan sonra özlərinə gələ bilmədilər. İkinci hissə tamamilə fərqli oldu, amma yenə qol buraxdıq. Lazımsız top itkiləri etdik. Komanda hələ tam formalaşmayıb. Rəqibin heyətində də keyfiyyətli futbolçular var. Bilirdik ki, çətin olacaq. Onlar imkanlarından yararlandılar və bu, komandamızı sındırdı.Buna baxmayaraq, əvvəlki mövsümlərdə olduğu kimi, bu mövsüm də məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır".

- Bu gün ciddi bir rəqiblə mübarizədə 0:5 hesabı ilə uduzdunuz. Qarşıdakı matçlarda da çempionluğa oynayan komandalara qarşı oynayacaqsınız...

- Transfer işlərimiz demək olar ki, başa çatıb, hazırkı heyətlə mübarizə aparacağıq. Qarşıda bizi çətin rəqiblər gözləyir. Komandanı maksimum səviyyədə hazırlamağa çalışacağıq. Lakin heyətin tam formalaşması üçün nə qədər vaxt lazım olacağını hələ demək çətindir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31