9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Yuri Vernidubdan qələbə şərhi

“Neftçi” Azərbaycan Premyer Liqasının ikinci turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb:

 - "Neftçi" digər komandalara nisbətdə təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun sərgiləməsini bu amilə bağlamaq olar?

- Mənə bu suala cavab vermək çətindir. Bəli, daha tez başlamışdıq təlim-məşq toplanışına. Bundan əvvəl "Sumqayıt"la matçda da yaxşı oyun sərgiləmişdik. Bu gün "Araz-Naxçıvan"ın yox, "Neftçi"nin günü idi. Rəqib pis komanda deyil. Yaxşı da oynayırdılar. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik.

- İkinci hissədə 1 qol vurmağınız və qol epizodlarının boşa xərclənməsi sizi narahat edir?

- Birinci hissədə 4:0-dan sonra ikinci hissədə bunu davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin bunu dəyərləndirə bilmədik. Emil Balayev 3 real qoldan bizi xilas etdi. Onu da təbrik etmək istəyirəm.

- Son illərə baxsaq, "Neftçi"nin belə uğurlu startının görməmişdik...

- Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. "Dinamo" ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt etdilər. Hər biri göstərdilər ki, adları böyük hərflərlə yazılan futbolçulardır. Bizi qarşıda çətin "Zirə" matçı gözləyir. O matç da maraqlı olacaq. İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdır. Çempionat çətindir. Kifayət qədər bərabər səviyyəli komandalardan təşkil olunan çempionatdır.

- Zirvədə qalmaq çətindir. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı davamlı çıxışı sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksinizmi?

- Bəli, onlara dəstək olacam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir uğurdur.

- "Sumqayıt"la və bu gün keçirilən matçda komandanız künc zərbələrindən fərqləndi...

- Önəmlisi də odur ki, çempionata baxsaq, çox qollar standart vəziyyətlərdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqib komandanı analiz edərkən də bütün epizodları nəzərə alırıq.

- "Dinamo" (Minsk) məğlubiyyəti sizin yadınızdan çıxmır və bu gün də o məqamı xatırladınız...

- Bu məğlubiyyət mövsümün sonuna kimi yadımdan çıxmayacaq. Bütün məsuliyyət mənimdir. Məhz ona görə də, yenə sizdən üzr istəyirəm. Çalışacam ki, bir daha sizi məyus etməyim.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31