12 Fevral 2026, Cümə axşamı
Berdıyev 4 oyunluq cəzalandı
Yuri Vernidubdan qələbə şərhi
"Qarabağ" və "Neftçi"dən qələbə
Almeyda rəsmən “Neftçi”də

Ölkə futbolu

“Qəbələ” İsveçrə klubu ilə heç-heçə oynadı

Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib.  Futbolxeber.az-ınb klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" birinci matçda  İsveçrənin "Dietikon" (U-16) kollektivi ilə qarşılaşıb. Görüşün gedişində 1:3 hesabilə geriyə düşən "Qəbələ" yekunda matçı heç-heçə ilə bitirməyi bacarıb - 4:4. "Qırmızı-qaralar"ın heyətində İlkin Abdullayev, Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib. 

"Qəbələ" növbəti sınaq oyununda fevralın 14-də Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək. Toplanış çərçivəsində son matç fevralın 17-də baş tutacaq. Təmsilçimiz Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, U-15 komandasının Antalya toplanışı AFFA-nın dəstəyi ilə təşkil olunub. Buna səbəb "Qəbələ"nin ötən il sözügedən yaş qrupunda çempion olmasıdır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28