9 Noyabr 2026, Bazar ertəsi
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
Azərbaycan Zəfər Gününü qeyd edir

Ölkə futbolu

Valdas Dambrauskas: “Sabah tarix yazmaq istəyirik”

“Futbolçular oyuna hazırdırlar. Heç bir problemimiz yoxdur. İstəyirik ki, sabah tarix yazaq və Azərbaycan xalqını sevindirək”.

Futbolxeber.az saytının bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas sabah UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orxus"a qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.

Oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran litvalı mütəxəssis məğlubiyyətə baxmayaraq, ilk matçda yaxşı futbol sərgilədiklərini bildirib: “Orxus” elə komandadır ki, qol epizodlarını az yaratsa da, onları reallaşdırmağı bacarır. Danimarkada müəyyən səhvlər etdik. Hansı tərəf xırda detalları daha yaxşı təhlil etsə, həmin kollektiv də növbəti raunda yüksələcək”.

Qeyd edək ki, avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Orxus” görüşü saat 20:00-da start götürəcək. Danimarkada keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30