9 Noyabr 2026, Bazar ertəsi
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
Azərbaycan Zəfər Gününü qeyd edir

Ölkə futbolu

PFL Premyer Liqanın sponsorunu açıqladı

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə PFL-in mətbuat xidməti açıqlama yayıb.

Razılığa əsasən, “Misli” 2026/2027-ci illər mövsümündə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq.

“Misli” və PFL arasında davam edən tərəfdaşlıq futbolun ictimai dəyərinin artırılmasına, azarkeşlərlə klublar və milli futbol arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir. “Misli”nin Premyer Liqaya dəstəyi Azərbaycan futbolunun inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edir.

Qeyd edək ki, 2026/2027-ci illər mövsümü 14 avqust tarixində başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30