7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunu haqda danışıb.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, daha çox qol vurmaq şanslarının olduğunu deyib: "Matçın ilk hissəsində komanda istədiyimiz oyunu nümayiş etdirə bildi. Əsas istəyimiz qol epizodları yaratmaq və onlardan istifadə etmək idi. Birinci yarıda daha çox fərqlənə bilərdik. Amma 2 qol da az deyil. İkinci hissədə oyunun sürəti bir qədər aşağı düşdü. Bu da normaldır. Bəzi əvəzetmələr etdik, gənc oyunçuları meydana buraxdıq. Onlar da çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bu, bizim ilk qələbəmiz idi, hər kəsi təbrik edirəm".

Mütəxəssis azarkeşlər haqda da danışıb: "Bu, həm də Gəncə şəhər stadionunda ilk oyunumuz idi. Belə bir meydançanın tək Gəncə üçün yox, Azərbaycan futbolu üçün faydası olacaq. Bizim şəhər, azarkeşlərimiz bu cür gözəl stadiona layiqdir. Burada oynamaq bizə də xoş təəssürat bağışladı. Gəncə stadionunda keçirdiyimiz ilk görüşdə qələbə qazandıq. Mən inanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq və biz də azarkeşlərimizi qələbələrlə sevindirəcəyik".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30