6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Ölkə futbolu

"Şəfa" rəhbərliyi komandanın məşqində

“Şəfa”nın prezidenti Kənan Sadıqlı, vitse-prezident Əfran İsmayılov və klubun məxsus olduğu “MyGroup Holdinq”in rəhbəri Emil İsgəndərov yay təlim-məşq toplanışı davam edən komandanın məşqini ziyarət ediblər.

Futbolxeber.az saytının məlumatına görə, komandanın məşqindən sonra futbolçu və məşqçi heyəti ilə görüş keçirilib. Kənan Sadıqlı “Şəfa”nın İkinci Liqadan başlayan və Premyer Liqaya yüksəlməsi ilə nəticələnən uğurlu yolundan danışıb.

Klub prezidenti yeni mövsümdə komandaya uğurlar arzulayıb, futbolçulara mübariz ruhda olmaqla yanaşı, rəqiblərə, hakimlərə və azarkeşlərə hörmətlə yanaşmağı, “Şəfa”nın adına layiq şəkildə mübarizə aparmağı tövsiyə edib.

“MyGroup Holdinq”in rəhbəri Emil İsgəndərov da komandaya uğurlar arzulayaraq futbolçu və məşqçi heyətinə hər zaman dəstək olacağını bildirib.

Baş məşqçi Zaur Həşimov göstərilən diqqət və dəstəyə görə klub rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra kapitan Tərlan Quliyev futbolçular adından rəhbərliyə minnətdarlığını ifadə edib.

Sonda komandanın yeni transferi - yarımmüdafiəçi Musa Quelə xoş sürpriz olunub. Üçüncü övladı Bakıda dünyaya gələn fransalı futbolçuya klub rəhbərliyi tərəfindən xüsusi hədiyyə təqdim edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30