13 Sentyabr 2026, Bazar günü
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi
V turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Vernidub: “Xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq”

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-u Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək “Dinamo” (Minsk) - “Neftçi” matçından əvvəl “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis cavab görüşünə hazır olduqlarını bildirib:

“Belə oyunlardan sonra psixoloji zərbə almış oluruq. Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik. Əgər xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq. Buna görə də sabahkı oyunu gözləyirik. Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim səlahiyyətimdədirlər. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah “Neftçi”yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar”.

Qeyd edək ki, “İctimai TV” ilə canlı yayımlanacaq oyunu “Youtube” platforması üzərindən yalnız “Neftçi TV”dən izləmək mümkün olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30