7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Ruan Renato: “Səfər oyunundan öncə yaxşı nəticə əldə etdik”

“Gözlədiyimiz kimi, çox çətin, gərgin oyun alındı. Qarşılaşmanı bizim üçün çətinləşdirən amillərdən biri də rəqibin çempionatının davam etməsi idi. “Torpedo” fiziki cəhətdən bizdən yaxşı vəziyyətdə idi. Bunu bilirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin müdafiəçisi Ruan Renato UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Kutaisi “Torpedo”sunu 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, cavab matçı öncəsi yaxşı nəticə əldə etdiklərini bildirib: “Oyun ərzində yaratdığımız qol fürsətlərindən yaxşı faydalandıq. Sona yaxın rəqib təzyiqi artırmışdı. Nə xoş bizə ki, rəqibin qol vurmasına imkan vermədik. Səfər oyunundan öncə yaxşı nəticə əldə etdik”.

Braziliyalı müdafiəçi qarşılaşmada dubl etməsindən də danışıb: “Təbii ki, müdafiəçi üçün bir oyunda iki qol vurmaq hər zaman gözlənilən olmur. Çünki bizin funksiyasımız ilk növbədə yaxşı müdafiə olunmaqdır. Nə xoş mənə ki, komandam üçün faydalı oldum və səfər öncəsi əlverişli nəticə qazandıq. Bunda komanda yoldaşlarımın da böyük rolu oldu. Yaxşı temp və intensivlik nümayiş etdirdik”.

Renato avrokuboklarda iştirakın onlar üçün gözlənilməz olduğunu vurğulayıb: “Mövsüm başa çatdıqdan sonra demək olar ki, hamımız istirahətə yollanmışdıq. Birdən deyildi ki, avrokuboklarda iştirak ehtimalımız var. Təbii ki, bu qərar hamımız üçün gözlənilməz oldu. Məşqçilərimizin verdiyi proqram sayəsində istirahət zamanı müəyyən qədər formada qalmağa çalışırdıq. Toparlana bildik. Məncə, ilk oyun üçün yaxşı nəticə oldu. Bu qələbə gələcəkdə çempionata köklənməyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31