7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Azərbaycan UEFA reytinqində neçəncidir?

Azərbaycan UEFA ölkə reytinqində xal hesabını artırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, avrokubokların 1-ci təsnifat mərhələsində “Sabah”ın Çempionlar Liqasında TNS (Uels), “Zirə”nin isə Konfrans Liqasında “Torpedo” (Gürcüstan) üzərindəki qələbəsi sayəsində mümkün olub.

Bu oyunlardan sonra Azərbaycanın cari mövsümdəki əmsalı 0.500-ə yüksəlib.

Hazırda son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın ümumi əmsalı isə 19.062-dir. Bu göstərici ilə ölkəmiz UEFA ölkə reytinqində 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 25-ci sırada yer alan İsrailin 20,750 əmsalı var.

Bu gün keçiriləcək Avroliqanın “Qarabağ” - “Vestri” matçında Ağdam təmsilçisi müsbət nəticə qazansa, bu da ölkəmizin xal ehtiyatının artmasına səbəb olacaq. 

Qeyd edək ki, reytinqə əvvəlkitək İngiltərə (101,852 əmsal) başçılıq edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31