7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?
Millimiz Litvanı tək qolla məğlub etdi

Ölkə futbolu

Rəşad Sadıqov: "Bu gün "Torpedo" da qalib gələ bilərdi"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Torpedo" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.

Futbolxeberaz saytının məlumatına görə, Sadıqov bildirib ki, rəqibin heyətində keyfiyyətli futbolçular var:

“Rəqibin heyətində yaxşı oyunçular var, komanda olaraq da bizdən daha hazırlıqlı idilər. Onlara qarşı durmağa çalışdıq və bu alındı. Daha çox qol da vura bilərdik”.

Baş məşqçi qarşılaşmanın heç də asan keçmədiyini vurğulayıb:

“Düşünürəm ki, bu gün “Torpedo” da qalib gələ bilərdi. Futbol elə oyundur ki, 10-15 dəqiqə ərzində inanılmaz hadisələr baş verir”.

Rəşad Sadıqov cavab matçının önəmini də qeyd edib və komandanın arxayınlaşmamalı olduğunu bildirib:

“Qarşıda vacib cavab oyunu var. Həmin görüşə ciddi hazırlaşmalıyıq. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31