21 Noyabr 2026, Şənbə
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası

Ölkə futbolu

"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" Gürcüstanın "Torpedo" klubuna qalib gəlib - 3:0.

Futbolxeber.az saytının məlumatına görə, "Torpedo" klubunun baş məşqçisi Dirk Şuster matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan əvvəl sürpriz edəcəyinizə söz vermişdiniz...

- Sürpriz hazırlamışdıq, amma görünür, çox güclü rəqiblə oynayırdıq. Öz oyunumuzu göstərə bilmədik. "Zirə" fərdi cəhətdən çox güclü oyunçulara sahibdir. 30 dəqiqədən sonra bütün diqqətimizi itirdik, rəqib isə üstünlüklə oynayırdı. Bir qol buraxacağımızı gözləyirdik. Lakin favorit daha yaxşı oynadığı üçün qalib gəldi. Meydan sahibləri taktiki baxımdan güclü idilər. Hesab 0:2 olduqdan sonra futbolçularımız ruhdan düşdülər, nələrisə dəyişməyə çalışsalar da, bacarmadılar.

- Gürcüstanda çempionat davam edir, lakin "Zirə" daha yaxşı təsir bağışladı. Bunu nə ilə əlaqələndirirsiniz?

- Biz sona qədər oynadıq. Mübarizə apardıq, qol vurmaq istəyirdik, amma alınmadı. Hesab 0:3 olduqdan sonra oyunun axarını dəyişə bilmədik. Futbolçularım yorğun idilər.

- Cavab qarşılaşmasından gözləntiləriniz nələrdir?

- Bir həftə sonra tam fərqli bir tərəfimizi göstərməyə çalışacağıq. 0:3 hesablı məğlubiyyətdən sonra çətin olacaq, lakin oyunu ən azından əlavə vaxta daşımağa cəhd edəcəyik. Futbolda bundan da böyük məğlubiyyətlərdən geri dönüşlər olub.

- Oyundan sonra azarkeşlər komandanızın ünvanına aqressiv fikirlər səsləndirdilər. Bu barədə nə deyə bilərsiniz?

- Bu, normaldır. Onlar məyusdurlar. Lakin tribunalarda bu cür davranmaq olmaz. Əgər 0:1 hesabı ilə uduzsaydıq, azarkeşlər tərəfindən belə sərt reaksiya olmazdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30