23 Avqust 2026, Bazar günü
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Ölkə futbolu

Qismət Alıyev: “Avrokuboklar üçün 2 yoldaşlıq oyunu kifayət etmir”

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" Gürcüstanın "Torpedo" klubuna 3:0 hesabı ilə qalib gəlib.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisinin kapitanı Qismət Alıyev matçdan sonra "İdman TV"yə oyunla bağlı fikirlərini bölüşüb:

"Oyundan öncə bilirdik ki, rəqib bizimlə oynamağa yaxşı əhval-ruhiyyədə gəlir, çünki bu yaxınlarda Superkubokun qalibi olmuşdular. Təlim-məşq toplanışından sonra bizi necə bir komandanın gözlədiyini yaxşı dərk edirdik. Hazırda öz çempionatlarında da ön sıralardadırlar. Bu gün 3:0 hesabı ilə qələbə qazansaq da, düşünürəm ki, ikinci oyun bundan da çətin olacaq. Cavab qarşılaşmasına daha diqqətli və istəkli hazırlaşmalıyıq. Ümid edirəm mərhələni keçən tərəf biz olacağıq".

Futbolçu səfər qarşılaşmasında da qələbə qazanmaq əzmində olduqlarını bildirib:

"Bildiyiniz kimi, Boludakı toplanışda cəmi iki yoldaşlıq oyunu keçirmişdik. Başa düşürdük ki, avrokuboklara hazırlıq üçün iki yoldaşlıq oyunu kifayət etmir. İstər iclaslarda, istərsə də öz aramızdakı söhbətlərdə bilirdik ki, nə qədər çətin olsa da, oyun ritmini tutmaq lazımdır. Bu gün ən azından düzgün addım ataraq 3:0 hesabı ilə qalib gəldik. Bilirik ki, Gürcüstanda öz doğma meydanlarında oynayacaqlar və arxalarında ciddi azarkeş dəstəyi olacaq. Lakin biz də ilk dəqiqələrdən istəkli oynayıb, yenə də qələbə üçün çalışacağıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31