23 Avqust 2026, Bazar günü
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Ölkə futbolu

"Vestri"nin baş məşqçisi: "Qarabağ" bizim üçün ən güclü rəqibdir"

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" "Vestri" ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, İslandiya klubunun baş məşqçisi Daniel Osafo-Badu matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Bu, çox həyəcanvericidir. Belə güclü komandaya qarşı oynayacağıq. Komandam üçün çətin matç olacaq. Lakin biz öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablayıb.

- "Qarabağ"da ötən mövsümlə müqayisədə dəyişikliklər baş verib. Hazırlıq prosesində bunu nəzərə almısınızmı?

- Oyunçular dəyişib, lakin baş məşqçi eynidir. Əminəm ki, yeni transferlər də məşqçinin tələblərinə tez uyğunlaşacaqlar. Oyun planında isə heç nə dəyişməyib. Çempionlar Liqasında gördüyümüz həmin komandadır.

- Püşkatmadan əvvəl bu komandanı tanıyırdınız?

- "Qarabağ"ın Çempionlar Liqasındakı bəzi oyunlarını izləmişəm. Onlar barədə əvvəlcədən də məlumatlı idim.

- Püşkatmadan sonra futbolçularınız rəqibin "Qarabağ" olmasına sevinirdilər. Bu, nə ilə bağlı idi?

- Azərbaycan çox gözəl ölkədir. Futbolçularım belə bir komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. Bu, bizim qarşılaşa biləcəyimiz ən güclü rəqibdir.

- Bəs hansı üstünlükləriniz hesabına növbəti mərhələyə adlaya bilərsiniz?

- Planlarımı açıqlamaq istəmirəm. "Qarabağ" topla aktiv oynayır, hücum edir və texnikalıdır. Bəlkə də, biz daha çox əks-hücumlarda çıxış edəcəyik. Qısaca olaraq yalnız bunu deyə bilərəm.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31