7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Ölkə futbolu

Bakı metrosu "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.

Futbolxeber.az saytına bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31