5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Vernidub: “Yükləmələr azaldılandan sonra oyun sistemimiz daha aşkar bilinəcək”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Serbiyanın “Partizan” klubuna qarşı keçirilən yoxlama oyununu (0:1) şərh edib.

Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis klubun saytına açıqlamasında oyunların yükləmə altında keçdiyini bildirib:

“Yaxşı oyun oldu. Çox yaxşı rəqiblə qarşılaşdıq. Onlar da bizim kimi Konfrans Liqasının ikinci təsnifat mərhələsinə hazırlaşırlar. Növbəti mərhələlərdə bu tip komandalarla üz-üzə gələcəyik. Hələ ki əsasən gündə iki məşqlə hazırlaşırıq. Buna görə də hər hissədə iki fərqli heyətlə oynadıq. Demək olar, hamıya mübarizə aparmaq şansı yaratdıq. Hazırda oyunlarımız yükləmə altında keçir. Sabahkı istirahət günündən sonra artıq növbəti matç ərəfəsində yükləmələri yavaş-yavaş azaldacağıq və əsas heyət üzvlərini daha çox – 65-70 dəqiqə oynatmağa başlayacağıq.

Hazırlıq plan üzrə gedir. Artıq toplanışın ikinci yarısında, yükləmələr azaldılandan sonra oyun sistemimiz daha aşkar bilinəcək. Farajın yüngül narahatlığı olduğu üçün bu gün risk edib onu meydana buraxmadıq. Kurçinin vəziyyəti qənaətbəxş deyil. Ola bilər ki, bir neçə həftə buraxsın. Onunla bağlı son diaqnoz bizə veriləcək. Oyunun gedişində Ştoqrində də yüngül narahatlıq hiss etdiyimiz üçün onu dəyişdik. Bununla belə, bütün futbolçuların fiziki durumu qənaətbəxşdir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31