4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Tural Qurbanova UEFA-dan növbəti təyinat

Azərbaycanlı FİFA referisi Tural Qurbanov UEFA-dan növbəti təyinat alıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, o, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) - “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq.

Ona yan xətdə Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31