6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Ölkə futbolu

Rəşad Sadıqov və Dirk Şusterin mətbuat konfranslarının vaxtı açıqlandı

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Torpedo” (Gürcüstan) oyunu öncəsi baş tutacaq mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı “Wyndham Garden Baku” otelində keçiriləcək və 15:30-da start götürəcək.

Qəsəbə təmsilçisinin açıq məşqi isə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.

Həmin gündə Kutaisi “Torpedo”sunun baş məşqçisi Dirk Şusterin mətbuat konfransı isə Sumqayıt şəhər stadionunda keçiriləcək və 17:30-da başlayacaq. Eyni məkanda keçiriləcək Gürcüstan klubunun media üçün açıq məşqisə 18:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31