22 Noyabr 2026, Bazar günü
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası

Ölkə futbolu

“Seltik” “Qarabağ”la yeni danışıqlara başladı

Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın futbolçusu Kamilo Duranı transfer etmək üçün danışıqları davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Britaniyanın “Daily Record” nəşri yazıb.

Bildirilib ki, Qlazqo təmsilçisi kolumbiyalı hücumçunun keçidi ilə bağlı “Qarabağ”la yeni danışıqlara başlayıb. Şotlandiya çempionunun 1,7 milyon funt-sterlinqlik ilk təklifi rədd edilsə də, tərəflər hazırda yeni razılaşma üzərində işləyirlər.

Məlumata görə, “Qarabağ” 24 yaşlı futbolçu üçün təxminən 3 milyon funt-sterlinq tələb edir.

Başqa bir xəbərə görə, artıq futbolçunun agenti danışıqlar üçün Şotlandiyaya gedib.

Qeyd edək ki, Kamilo Duran ötən mövsüm UEFA Çempionlar Liqasında 10 oyunda 5 qol vuraraq diqqət mərkəzinə düşüb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30