Ölkə futbolu
Əlçatmaz baş katib
AFFA-nın baş katibi Cahangir Fərəcullayev vəzifəyə yeni keçərkən çoxları üçün tanış sima deyildi. Buna baxmayaraq, o, ilk gündən hər kəslə ünsiyyət qurmağa, futbolun incəliklərinə bələd olmağa, bu sahənin adamlarını daha yaxından tanımağa çalışırdı. Hər halda onunla təmasda olanlar belə deyirdilər. Futbol sahəsində yeni olduğu üçün fəaliyyətinin necə alınacağı sual altında idi. İlk gündən haqqında “yaxşı insandır” fikri daha çox səslənirdi. Elə mən də Cahangir bəyi yaxından tanımıram. Bu günə qədər bir dəfə ayaqüstü dəqiqə yarımlıq söhbətimiz olub, vəssəlam. Yəni açıq deyim ki, mən nə baş katibə yaxın jurnalistlərdənəm, nə “futbolxeber” assosiasiyanın sevimli saytlarından. Heç bəzi həmkarlardan fərqli olaraq baş katiblə nə “Starbucks”da kofe içmişik, nə də “Gloria jeans”də “italyanski soda”. Yəni Cahangir Fərəcullayev barədə təsəvvürüm yalnız eşitdiklərim və gördüklərimdir.
Gördüklərim odur ki, gəldiyi ilk gündən “işə sıfırdan başlamalıyıq” deyirdi, cümləsinin əvvəli də inkişaf strategiyası idi, sonu da. Gəl ki, inkişaf strategiyası yazılandan, təsdiqlənəndən sonra Cahangir bəy bu haqda nə danışıb, nə də ortaya iş qoyulub. Sanki strategiya ilə bağlı AFFA-nın məqsədi, hədəfi sadəcə onu yazdırmaq, belçikalılara külli miqdarda vəsait ödəmək idi, vəssəlam. Strategiyada yazılanları isə heç kim reallaşdırmaq, həyata keçirmək barədə düşünmür. Uzun sözün qısası, görünən odur ki, baş katib kimi Cahangir bəy heç nə ilə yadda qalmayıb.
Son zamanlar isə baş katib yeni iddiaya düşüb. Bilmirəm, bu, Cahangir bəyin öz fikridir, ya ətrafdan kimsə ona məsləhət görüb, amma fakt budur ki, Fərəcullayev qərar qəbul edib ki, AFFA-nın baş katibi əlçatmaz olmalıdır. Bəli, səhv oxumadınız, həqiqətən də əlçatmaz. Yəni heç kim birbaşa Cahangir bəyə çıxa, dərdini, sözünü deyə bilməz. Kimin nəsə sözü varsa, yalnız vəzifəcə özündən aşağılar vasitəsi ilə baş katibə çatdırılmalıdır. Baş katiblə birbaşa ünsiyyət qurmaq olmaz. İngilislər demiş, it is impossible (yəni mümkün deyil).
Halbuki AFFA-nın baş katibi əlçatmaz olmalı deyil. Bu günə qədər o vəzifədə ən çox çalışan, hətta çoxlarının soyuq şəxs kimi təqdim etdiyi Elxan Məmmədov belə əlçatmaz olmayıb. Görəsən, Cahangir bəy niyə bu cür fikrə düşüb? Baş katib axı niyə əlçatmaz olmalıdır? Futbol adamları bəs dərdlərini, sərlərini, sözlərini kimə desinlər? Baş katib özünü əlçatmaz elan etdikdən sonra mətbuatdan da uzaq gəzir. Görəsən, baş katib sonuncu dəfə ümumi media bir yana, dostu olan jurnalistlərə nə vaxt müsahibə verib? Milli komandamızın sonuncu Avstriya toplanışında da Fərəcullayevin müsahibəsinə rast gəlmədik. Bir sözlə, baş katibin əlçatmazlıq eşqi mətbuatdan da yan keçməyib...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Xankəndidə vurulan qollar
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- Yevlaxda 4 qol vuruldu
- U-20 millisi İraqla heç-heçə etdi
-
23:32
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
23:14
Cüdo Federasiyası imtahan keçirib
-
23:00
"Zirə" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı FOTOLENT
-
18:29
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
-
17:58
II Liqada 2 oyunda 5 qol
-
17:13
Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
-
16:35
Azərbaycan millisinə 27 futbolçu çağırıldı
-
16:07
Elvin Bədəlov: “Əsas “Neftçi”nin qələbəsidir”
-
15:41
“Kəpəz”in futbolçusu 100-ə çatdı
-
14:54
Avro-2028-in əsas favoriti açıqlandı
-
14:22
“Sumqayıt” Murata ilə vidalaşdı
-
14:00
Mamadu Kane: “Neftçi” əvvəl də güclü idi, indi də”
-
13:36
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb
-
13:19
"Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol VİDEO
-
12:48
Füzuli Məmmədov: “Bütün fikrimlə, ürəyimlə “Şahdağ”dayam”
-
12:23
Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb
-
12:05
Azərbaycan Premyer Liqası: cari mövsümdə ilk
-
11:51
Volkov üçün yubiley qolu
-
11:37
İki boksçumuz U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
11:14
"Beşiktaş" Konyadan 3 xalla qayıtdı VİDEO
-
11:00
Qustavo Klisman: “Açığı, zərbə vurmurdum, asma edirdim”
-
10:42
"Trabzonspor"dan tək qollu qələbə VİDEO
-
10:29
Toral yenə əsas heyətə düşə bilmədi
-
10:16
"Yuventus" ikinci hissədə coşdu VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Atalalanta" - "İnter" matçında triller VİDEO
-
09:35
Renat Dadaşovun komandasından qələbə
-
09:21
"Milan"dan darmadağın VİDEO
-
21:17
Premyer Liqamızda yeni rekord
-
20:35
Gəncədə qalib aşkarlanmadı VİDEO
-
20:00
Qurban Qurbanov: “Beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir”
-
19:49
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
-
18:56
“Neftçi” yenidən vahid lider oldu, "Qarabağ" büdrədi
-
18:28
Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir.
-
18:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:32
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
-
17:14
Vernidub qələbəni şərh etdi
-
16:23
Luis Enrike rekordçu oldu
-
16:00
“Kəpəz” - “Qarabağ”: Heyətlər müəyyənləşdi
-
15:31
Azərbaycan basketbolçusu Sinqapurda müsabiqənin qalibi olub
-
15:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
-
15:05
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
14:53
Ağadadaş Salyanski “Neftçi”yə qarşı niyə oynamır?
-
14:49
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
-
14:24
“Mançester Siti”nin 15 illik seriyası qırıldı
-
13:56
“Araz-Naxçıvan” - “Neftçi”: Heyətlər açıqlandı
-
13:32
"Arsenal" büdrədi VİDEO
-
13:18
PSJ-nin heyətində ciddi itki
-
13:00
"Çelsi" öz meydanında uduzdu VİDEO
-
12:43
Cəlalın komandası səfərdən 3 xalla qayıtdı
23.11.2026
22.11.2026
























