15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

Şeydayev Rusiya klubu ilə danışıq aparır

"Qarabağ"dan ayrılan Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Sport-Express” nəşri yazıb.

30 yaşlı hücumçu ilə Mahaçqala “Dinamo”sunun maraqlandığı bildirilib. Rusiya Premyer Liqa təmsilçisinin hazırda azad agent olan futbolçu ilə danışıq apardığı qeyd olunub.

Ötən mövsüm “Qarabağ”ın heyətində 11 oyuna 2 qol vuran Azərbaycan millisinin sabiq üzvü Rusiyanın “Zenit” klubunun yetirməsidir. O, daha əvvəl Rusiyada “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun, Türkiyədə "Trabzonspor", Slovakiyada "Jlina", Tailandda "Buriram Yunayted"in üzvü olub. Azərbaycanda isə "Qarabağ"dan başqa, “Sabah” və “Neftçi”də də çıxış edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30