Ölkə futbolu
Sevgi kimi forma...
“Əfsanələrimizlə birgə əfsanəvi zolaqlı formaya geri döndük!” Dünən “Neftçi”nin sosial şəbəkə hesablarında bu anonsu görəndə azarkeşlər kimi, mən də səbirsizliklə yeni formanın təqdimatını gözlədim.
Az sonra “Neftçi” yeni mövsüm üçün əsas formasını təqdim etdi. Formanı bir sözlə ifadə etməli olsaq, sadəcə, möhtəşəmdir deyə bilərik. Təsadüfi deyil ki, bəlkə “Neftçi”nin sosial şəbəkə hesablarının tarixində ilk dəfə idi ki, hər hansı paylaşıma gələn şərhlərin hamısı müsbət idi. Bircə neqativ rəyin belə olmamasını “Neftçi”nin nöqtə atışı saymaq olar.
Hələ anons videosunu izləyərkən özlüyümdə “bu haqda mütləq yazacağam” dedim. Amma sağ olsun “Neftçi”nin mətbuat xidməti, formanın təqdimatını elə etdilər ki, bu haqda yazmaq istəyənə söz qalmadı. Amma necə deyərlər, axtaran gərək nəsə tapsın...
Əvvəla, ondan başlayaq ki, anons videosunda həqiqətən də əfsanələrin yer alması alqışalayiq idi. Könül istərdi ki, həmin əfsanələr arasında “Qızıl oğlan” da olsun, amma həyatda hər istədiyimiz olsaydı, nə var idi ki...
“Əfsanə zolaqlı” adını daşıyan 2026/27 mövsümünün ev oyun dəsti, “Neftçi”nin 90 illik tarixinə ehtiram əlaməti olaraq, klubun əfsanəvi ağ-qara zolaqlarını yenidən meydanlara qaytarır.
Həqiqətən də mənim kimi, yaşı 40 civarında olanlar üçün “Neftçi” topu deyiləndə göz önünə ağ-qara top gəldiyi kimi, “Neftçi” forması deyəndə də məhz zolaqlı ağ-qara forma gəlir. Təsadüfi deyil ki, bu, klub tarixində ən çox istifadə olunan ev formasıdır.
“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada flaqmanın 90 illik yubileyinə həsr olunmuş xüsusi loqo da yer alır. Klubun paylaşımında deyildiyi kimi, “Bu detal klubun şanlı tarixini, nəsilləri birləşdirən irsini və yubiley mövsümünün ruhunu əks etdirərək formaya xüsusi məna qazandırır”.
Nəsillər demişkən, “Neftçi” çoxları üçün bir klubdan artıqdır. “Neftçi” bizə atalarımızın, babalarımızın mirasıdır. Atalarımız ilk dəfə əlimizdən tutub bizi məhz “Neftçi”nin oyunlarına aparıblar. Gözümüzü açandan Banişevski kimi əfsanənin adını eşitmişik. İllər keçib, əfsanə saydıqlarımız dəyişib, bu gün “Neftçi”ni mənə sevdirən babam, atam həyatda yoxdur, amma “flaqman” var və hər zaman da olacaq. Eynən “Neftçi” sevgisi kimi. Bu gün qızım futboldan söz düşəndə “Neftçi”, “Neftçi”, “Neftçi” bizim çempion” oxuyursa (ümid edirəm digər klublar buna görə məndən inciməz-:), deməli, “ağ-qara”lı sevgi əbədidir, həqiqətən də nəsildən nəslə ötürülür.
Bu gün “Neftçi”nin ev oyunlarına az azarkeş gəlir. Yuri Vernidub “Neftçi” ilə yeni müqavilə imzaladıqdan sonra “Yeni mövsümdə tribunaları dolu görmək istərdim” deyirsə, deməli, düşünmək üçün əsas var. Amma istənilən halda, “Neftçi” bu gün sevilir. Özü də son 10 ildə cəmi 1 dəfə çempion olmasına, illərdir Avropada uğur qazana bilməməsinə, hətta əzəli rəqibi “Qarabağ”ın Avropada sözün həqiqi mənasında at oynatmasına baxmayaraq...
“Neftçi”nin yeni forması nostalji hisslər yaşadır. Bu gün klub saat mezanizmi kimi çalışır. Rəhbəri, idarəçisi, baş məşqçisi, futbolçusu, mətbuat xidməti ilə. Bu yeni forma da mükəmməl işin növbəti nəticəsidir. Amma bütün bunların qarşılığı olmalıdır. Hörmətli “Neftçi” azarkeşi, bu əməyin qarşılığını sevginlə, tribunadakı yerini almaqla vermək zamanıdır.
“Neftçi”nin paylaşımında deyildiyi kimi, “Nəsillər dəyişir, stadionlar dəyişir, amma dəyişməyən bir şey qalır - kimliyimiz. O, “Neftçi” üçün irsdir, xarakterdir, bir ömürlük sevgidir. Bu gün isə tarix yenidən öz rənglərinə qayıdır”. Bəli, tarix öz rənglərinə qayıtdığı kimi, “Neftçi” fanatı da öz yerinə - tribunaya qayıtmalıdır! Axı “Əfsanə zolaqlı” - dünənimiz, bu günümüz və sabahımızdır...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























