Ölkə futbolu
Bir təyinata sözardı - QEYD
Ceyhun Sultanov müstəqil Azərbaycan futbolunun ən tanınmış simalarından biridir. Dövrünün ən çox tələb olunan futbolçularından olub. “Neftçi”də, “Bakı”da, “Xəzər Lənkəran”da parlaq karyera yaşayıb. Xüsusən də son iki klubun qazandığı uğurlarda əsas pay sahibi olub. İstər “Bakı”nın, istərsə də “Xəzər Lənkəran”ın düşünən beyni idi. Təkcə meydanda deyil, meydandan kənarda da davranışı ilə bir çoxlarına nümunə olub.
Karyerasını başa vurduqdan sonra isə əksər keçmiş futbolçular kimi məşqçiliyi seçmədi. Əslində, belə olacağı hələ futbolçu vaxtından bilinirdi. Ceyhunun səlis nitqi, ünsiyyət qurmaq bacarığı, işgüzarlığı onun məşqçi yox, klub rəsmisi, idarəçi olacağına işarə idi. Belə də oldu. Karyerasını başa vurduqdan sonra “Sumqayıt”ın idman direktoru postunu tutdu. Düzdür, həmin vaxt “gənclik şəhəri”nin təmsilçisi yeni yaranmışdı və yalnız yerli futbolçularla mübarizə aparırdı, iddialı deyildi. Bununla belə, “Sumqayıt”ın bir klub kimi formalaşmasında, inkişafında Sultanovun payı var. Daha sonra Ceyhunun növbəti iş yeri “Keşlə” oldu. Bu klubda qısa müddət çalışmasına baxmayaraq, Sultanovun dövründə paytaxt klubu ölkə kubokunu qazandı, avrokuboklarda iştirak hüququ əldə etdi. Veteran futbolçunun növbəti ünvanı vaxtı ilə futbolçu kimi çıxış etdiyi, parladığı “Neftçi” oldu. Sultanovun buradakı işinin də uğurlu alındığını əminliklə söyləmək olar. Düzdür, “Neftçi” 9 ildən sonra çempion olarkən Sultanov artıq klubdan getmişdi, buna baxmayaraq, hər kəsə məlumdur ki, həmin komandanı məhz keçmiş idman direktoru yığmışdı. Yusuf Laval, Mamadu Kane, Sabiq Buqrin kimi çempionluqda böyük pay sahibi olan legionerlər məhz Sultanovun tapıntıları idi. “Ağ-qaralar”dan ayrıldıqdan sonra menecer kimi fəaliyyət göstərən Sultanov son 4-5 ildə bir çox keyfiyyətli legionerlərin Azərbaycana gəlişində pay sahibi olub. Özü də veteran futbolçunun əhatə dairəsi təkcə Azərbaycanla yekunlaşmır. Bu gün Qazaxıstan başda olmaqla daha bir neçə ölkənin klubları Sultanovun menecer xidmətindən faydalanırlar.
Bu günlərdə isə Ceyhun Sultanovun yeni iş yeri müəyyənləşdi. Əslində, onun “Araz-Naxçıvan”ın prezidenti olacağı çoxdan gözlənilirdi. Lakin məsələ sənədləşmə səbəbindən bir qədər yubanırdı. Artıq bütün prosedurlar yerinə yetirilib və Sultanov Naxçıvan klubunun yeni prezidentidir. Təyinat açıqlanandan sonra çoxları bu addımı alqışlasa da, həmişə kimi, ağız büzənlər də tapıldı. Təbii ki, hər kəs fikrini ifadə etməklə sərbəstdir. Lakin həmişə “klublarda rəhbər vəzifədə futbol adamları çalışmalıdır” demirik? İndi nə oldu? Ceyhun Sultanovdan yaxşı futbol adamı? Bu təyinatın nəyi pisdir ki? Guya Sultanov menecerlikdən klub idarəçiliyinə gələn ilk şəxsdir? Onlarla belə nümunə göstərmək olar. Klub prezidentinin menecer kimi əlaqələrinin geniş olmasından “Araz-Naxçıvan” yalnız fayda götürə bilər. Ona görə də bu təyinatı sadəcə alqışlamaq lazımdır.
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov uzun illərdir futzal, futboldadır. O, çalışdığı yerdə hər zaman uğur qazanıb. Axundov demək olar ki, kadr seçimində də heç vaxt yanılmayıb. Odur ki, Sultanovun təyinatının tam doğru olduğunu söyləmək mümkündür. Veteran futbolçunun təyinatına ağız büzmək ürək bulandırmaqdan başqa bir şey deyil...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























