15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

Ceyhun Sultanov: “Hədəf barədə komanda tam formalaşdıqdan sonra danışmaq olar”

“Hazırda “Araz-Naxçıvan”ın qarşıdakı mövsüm üçün hədəfləri barədə danışmaq istəmirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın yeni prezidenti Ceyhun Sultanov deyib.

Klub rəhbəri bildirib ki, hazırda bütün diqqət transfer çalışmalarına və heyətin formalaşdırılmasına yönəlib.

Onun sözlərinə görə, komandanın yeni mövsümlə bağlı konkret hədəf və məqsədlərini indidən açıqlamaq doğru olmaz:

“Hədəf və məqsədlər barədə komanda tam formalaşdıqdan sonra danışmaq olar. Hazırda bütün diqqətimizi heyətin qurulmasına yönəltmişik. Bu proses başa çatdıqdan sonra qarşıdakı mövsümlə bağlı planlarımızı və hədəflərimizi ictimaiyyətə açıqlayacağıq. İndi bu barədə danışmaq tezdir. Buna görə də hədəflərimizlə bağlı açıqlamanı komanda tam formalaşdıqdan sonra verəcəyəm”.

Qeyd edək ki, Ceyhun Sultanov ötən gün "Araz-Naxçıvan" klubunun prezidenti vəzifəsinə təyin olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30