15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri açıqlandı

“Zirə”nin UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Kutaisi “Torpedo”su ilə keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, iyulun 8-də Sumqayıtda oynanılacaq “Zirə” - “Torpedo” görüşünü finlandiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Yani Hüytiya yan xətdə Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcək. Dördüncü hakim isə Peyman Simani olacaq. Oyun 20:00-da başlayacaq.

Komandalar arasında Gürcüstanda keçiriləcək cavab matçını isə macarıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Mihali Kapraya yan xətdə İstvan Albert və Bense Belitsa köməklik edəcək. Dördüncü hakim isə Marsel Derdak olacaq.

İyulun 16-da Kutaisidə keçiriləcək "Torpedo" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30