Ölkə futbolu
Vəli Qasımov: “Məni “Torino” ilə oyundan sonra tanıdılar”
Azərbaycan millisinin sabiq üzvü, futbolçu karyerası ərzində Ispaniya və Portuqaliyada legioner həyatı yaşayan Vəli Qasımovun müsahibəsi.
- Avropa macərası necə başladı?
- “Dinamo” Moskvanın heyətində UEFA yarışlarına qatıldıq. “Torino” ilə oynayırdıq. Avropada tanınmağımda bu oyunun böyük əhəmiyyəti oldu. Çünki oyunu “Europort” telekanalı canlı yayımlayırdı. Həmin vaxt İtaliya klubu çox güclü idi. Buna baxmayaraq, biz yaxşı oynadıq. Qol vurdum.
- Deməli, “Torino” matçı sizin üçün Avropaya qapı açdı...
- Demək olar ki, həmin oyundan sonra məni tanıdılar. Təkliflər gəlməyə başladı. Onda İspaniyadan, İtaliyadan, Belçikadan təkliflər almışdım. Mən İspaniyanı seçdim.
- İspaniyada kariyeranız necə alındı?
- “Betis”ə transfer olmuşdum. Bu klub I dəstədə çıxış edirdi. Komandanın məqsədi əsas liqaya yüksəlmək idi. İşlərimiz qaydasında getdi və həmin mövsümün sonunda əsas liqaya yüksəlməyi bacardıq. Sonuncu oyundan sonra Sevilyaya qayıdanda bizi şəhərdə 15 min azarkeş qarşıladı. Bizim avtobusun yanıyla stadiona kimi piyada gəldilər. Stadionda isə 20 min azarkeş bizi gözləyirdi. Möhtəşəm idi... Bunları görmək lazımdır. Danışmaqla izah etmək olmaz...
- “Betis”dən sonra “Albasete”yə keçdiniz...
- Bəli, ancaq müəyyən səbəblərdən çox oyun buraxdım. Zədələndim və bir neçə ay meydanlardan uzaq qaldım. Daha sonra müəyyən səbəblərdən özümə klub tapa bilmədim. “Esixa”da bir müddət çıxış etdikdən sonra Portuqaliyaya yollandım.
- Yəqin ki, Yokanoviçi unutmamısız. Sizi zədələyən serbiyalını deyirəm.
- Unutmamışam. Elə həmin zədə məni qabağa getməyə qoymadı. 4 ay gipslə gəzdim, yarım il futbol oynamadım. Bunlar kariyerama mənfi təsir etdi. Buna görə, İspaniyadan Portuqaliyaya getməli oldum.
- Portuqaliyadakı karyeranız xatirinizdə necə qalıb?
- Əvvəlcə “Viktoriya Setubal”da oynadım. Oyunum yaxşı alınırdı. Bu klubla da müəyyən nailiyyətlər əldə etdim. Ancaq klub rəhbərliyi dəyişəndən sonra komandadan kənarda qaldım. Daha sonra I dəstə təmsilçisi “İmortal”a keçdim. Kariyerama da burada yekun vurdum.
- Sizin “Benfika”ya vurduğunuz qolu xatırlayıram. Bəs sizcə ən yaddaqalan qolunuz hansı olub?
- Futbolçunun xatirində yadda qalan qol, əsasən, ən gözəl yox, ən vacib qol olur. Bu mənada “Torino”nu 2:1 məğlub etdiyimiz oyunda vurduğum qol yadımdadır.
- Avropada oynayanda mətbuatın sizə münasibəti necə idi? Hər halda, Azərbaycan təzəcə müstəqillik qazanmışdı və onu Avropada tanımırdılar...
- Çox gözəl münasibət var idi. Məni sevirdilər, mehriban idilər. Hələ də zəng vurub Azərbaycan futbolunu, öz həyatımı, vəziyyətimi soruşurlar...
- İspanca bilirsiz?
- Bilirəm. Hətta, portuqalca da bilirəm. Ancaq ispan dilində daha yaxşıyam.
- Futbolçu kimi karyeranız rəngarəng olub...
- Karyerama görə fəxr edirəm. Düzdür, zədələr səbəbi ilə öz oyunumu istədiyim səviyyədə göstərə bilmədim. İmkan olsaydı, daha yüksək səviyyəli klublarda çıxış edə bilərdim... Ancaq yenə də, qürur hissi keçirirəm. Avropada oynamaq asan məsələ deyil. İndi də görürsüz ki, futbolçularımız xaricə gedə bilmirlər. Gedənlər də çox qala bilmirlər.
- Sizcə, buna səbəb nədir? Futbolçularımıza nə mane olur?
- Burda müxtəlif problemlər özünü göstərir. Əvvəla, futbol məktəblərinin sayı azdır. İkincisi də, məşqçilər oyunçularla düzgün işləməyi bacarmırlar. Əvvəllər hər binanın həyətində futbol meydançası var idi. Uşaqlar futbol oyanamağa yer tapırdılar. Bu, ölkədə futbolçuların yetişməsi üçün mühüm amildir. İndi isə gərək, gedib harasa yazılasan ki, futbol oynaya biləsən. Ancaq həftədə 3-4 dəfə məşq futbolçu olmağa kifayət etmir. Yaxşı oyunçu olmaq istəyən daha çox futbol oynamalıdır.
- Bəs niyə oynamırlar?
- Klublarımız tərəfindən uşaqlar üçün yaradılan şərait çox zəifdir. Özüm də görürəm ki, çox az klub uşaq futbolunun inkişafına xərc çəkir. “Bakı”, “Qəbələ” kimi klubları fərqləndirərdim. Elə götürək “Bakı”nı... Klub yeniyetmələri İspaniyaya göndərir. Uşaq futbolunun inkişafına səy göstərir. Bunu təqdir edirəm. Ancaq bu, bütün klublarımıza aid deyil. Futbol belədir ki, uşaqların yetişməsinə böyük məbləğlər tələb edir. Gərək, əvvəl bu pulu verəsən, 5 ildən sonra da xeyrini görməyə başlayasan. Hər bir klubumuz uşaq futboluna xüsusi diqqət göstərməlidir. Belə olsa, bir neçə ildən sonra 10 elit futbolçumuz ola bilər.
- Futbolçu kimi Azərbaycanda, Rusiyada, Avropada top qovmusuz. Karyeranızın bu dövrlərini necə fərqləndirərdiz?
- Xaricdə oynamaq çox çətindir. Eləcə də, Rusiyada. Rəqabət böyükdür və Rusiya çempionatındakı oyunlar əlavə güc və bacarıq tələb edir. Avropa isə tamam başqa aləmdir. Burda oynamaq üçün yerli futbolçulardan qat-qat güclü olmalısan. Azərbaycanda isə, təəssüf ki, futbola maraq ölüb. Çempionat oyunları istənilən səviyyədə keçmir. Stadionlardakı boş tribunalar bunun göstəricisidir. Avropada isə belə deyil. İspaniyada oyunlara uşaq, qadın, kişi... Hər kəs gəlir.
- SSRİ Çempionatının oyunlarında stadionda ajiotaj olurdu. Eləcə də, hazırkı dövrdə klublarımızın və milli komandanın beynəlxalq oyunlarında istənilən səviyyədə azarkeş stadiona gəlir. Sizcə, buna səbəb intriqa deyil? Yəni, SSRİ Çempionatında da başqa ölkərin klubu ilə oynamaq insanları stadiona gətirmirdi?
- Yox, elə deməzdim. Stadiona azarkeşin gəlməsi üçün əvvəl nəticə lazımdır. Hazırda azarkeşlərimiz futbola baxmağa böyük ümidlərlə gəlmir. Yəni, inam azdır. Ancaq nəticə olsa, milli komandamız, klublarımız yarışlarda daha çox irəliyə getsələr, təbii ki, tribunalar da tədricən dolacaq.
- “Dinamo”nun bombardiri Azərbaycan millisində fərqlənə bilmədi. Səbəb nə oldu?
- Təzəcə müstəqillik qazanmışdıq. Təzə-təzə komanda formalaşırdı. Düzdür, yaxşı oyunçularımız var idi. Amma çətin idi. Fransa, Rumıniya kimi komandalarla mübarizə aparırdıq. Rəqiblərimiz güclü idi. Həm də, nə bilim?! Bəxt amili də böyük önəm kəsb edir. Futboldur, birdən çox qol vurursan, birdən, ümumiyyətlə, vura bilmirsən.
- Məşqçi olmaq çətindir?
- Çox çətindir. Futbolçularımızda lazımi praktika yoxdur. 19 yaşlılardan ibarət milli komandada çalışanda mən bunu daha çox hiss etdim. Təzə yaranan komandada uğur qazanmaq üçün oyun praktikası vacibdir. Bizdə isə futbolçular həftədə iki oyun keçirəndə yorulurlar. Avropa səviyyəsinə çatmağımıza mane olan əsas səbəblərdən biri budur. Futbolçularda oyun təcrübəsi olmur, xarici komandaya qarşı oyunda da mübarizə aparmaqda çətinlik çəkirlər.
- Avropada turnirlər çoxdur. Futbolçular qısa intervallarla oyunlara çıxırlar və bu da onların fiziki göstəricilərinə təsir edir, dediyiniz kimi, oyun praktikasına kömək edir. Bəlkə, bizdə də yeni yarışlar təşkil olunmalıdır, məsələn, İngiltərədəki Liqa Kuboku kimi?
- Əlavə oyunlar təşkil etməyin əlavə problemləri olur. Bizdə hələ indi-indi stadionlar tikilir. Əvvəllər bölgələrdə, ümumiyyətlə, standardlara uyğun meydançalar yox idi. İndi infrastruktur qaydaya salınmağa başlanılıb. Fikrimcə, hələ ki, əlavə turnirlərə şərait yoxdur. Oyunların sayını artırmaq üçün komandaların sayını artırmaq lazımdır. Komandaların sayı çox olsa, bu, oyun praktikasına da təsir edəcək. Həmçinin, klubların heyətində daha az legionerin oynamağını tələb etmək lazımdır.
- Futbol oynayırsız yenə?
- Həftənin 3 günü dost tanışlarla oynayırıq. Elə bu gün Maşalla Əhmədovun komandasını 8-0 udmuşuq.
- Neçə qol vurduz?
- 3 qol vurdum.
- Əvvəl yaxşı oynayırdız, ya indi?
- Bilmirəm. Ola bilsin, indi (gülümsəyir).
simsar.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























