8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Araz-Naxçıvan” “Real”ın yetirməsini transfer etdi

Heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” Alberto Qarsia Fernandeslə anlaşıb.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçi yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. Müqavilənin müddəti 1 ildir.

26 yaşlı futbolçu “Real” (Madrid) klubun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, UKAM, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya” və “Akritas Xloraka” klublarının formasını geyinib.

A.Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30