Ölkə futbolu
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Qarabağ”a qarşı keçirilən yoxlama oyunundan (3:4) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Düşündüyümdən də səmərəli oyun alındı. Baxmayaraq ki, hazırlığa gec başladıq. Əvvəlcədən məşqlərə iyunun 25-də başlamağı planlaşdırırdıq, sonradan plan dəyişdi. Futbolçular işə peşəkar yanaşırlar. Bugünkü matçda da əzmkarlıq göstərdilər. Səmərli oyun oldu. İki 30 və bir 45 dəqiqə ərzində futbolçulardan istədiyimiz yükləməni aldıq.
- Kutaisi “Torpedo”sunu təhlil edərkən ilk növbədə nəyi qabartmaq olar?
- Təbii ki, rəqib haqda məlumat toplamağa başlamışıq. Çempionatda daha 2 oyunları olacaq. “Torpedo” üçün qrafik daha uyğundur. Çempionatları davam edir, oyun praktikaları var. Çempionatın davam etməsi onlar üçün üstünlükdür. Daha sonra birincilikdə 15 günlük pauza olacaq. Bütün bunlar “Torpedo”nun daha yaxşı hazırlaşmasına imkan verir. Kutaisi təmsilçisi yaxşı yerli və legionerlərdən qurulmuş komandadır. Bizi maraqlı oyunlar gözləyir. “Torpedo” son 3-4 ildə avrokuboklarda stabil çıxış edir. Son 2 ildə yalnız “Omoniya”ya uduzublar. “Omoniya” 2 il əvvəl bizdən qabaq məhz “Torpedo”nu mübarizədən kənarlaşdırmışdı. Həmin vaxtdan Kutaisi klubu mənə tanışdır.
- Tiaqo Silva və Ayron Qomisin “Zirə”dən gedişi maddi məsələlərlə bağlıdır?
- Mən hər ikisinin komandada qalmasını istəyirdim. Onlarla danışıqlarımız oldu. Yekunda fərqli qərar qəbul etdilər. Mən də bunu anlayışla qarşılayıram. Gələcək karyeralarında onlara uğurlar arzulayıram, Hər ikisinə simpatiyam var idi. Bəlkə gələcəkdə yenidən birliklə işlədik.
- “Turan Tovuz”un avrokuboklardan kənarda qalmasına görə “Zirə”ni və sizi tənqid etdilər. Bu məqam “Torpedo” ilə oyunlar öncəsi üzərinizdə təzyiq yaratmır?
- Qətiyyən təzyiq yaratmır. Həm də bizi niyə tənqid edirlər ki? 7 il əvvəl baş vermiş hadisəyə görə?
- Belə iddialar səslənirdi ki, guya UEFA-nın gözünü, qulağını “Zirə” açıb...
- Əslində, bizim də etirazımız var. “Sumqayıt” da, “Araz-Naxçıvan” da etiraz etməlidir. Bəlkə biz ilk dördlük şansını itirdikdən sonra heç 5-ci yer uğrunda mübarizə aparmazdıq. Yaxud “Sumqayıt” da, “Araz-Naxçıvan” da bu haqda əvvəldən məlumatlı olsaydı, 5-ci yer uğrunda sona qədər mübarizə aparacaqdılar? Ona görə də yaxşı olardı ki, biz bunu əvvəldən bilərdik. Azərbaycanlı olaraq bu hadisəyə çox üzüldük. Mən özüm də “Turan Tovuz”un Avropada olmasını istəyirdim. 32 illik həsrət var idi. “Turan Tovuz”un adına çox sevinmişdim, çempionatda rəqib olsaq da. Üzgünük. 7 il əvvəl qəbul olunan qərardır. Etirazlar olsa da, mübarizə aparılsa da, qərar dəyişmədi. Bizim rəhbərliklə aramızda söhbət oldu, avrokuboklardan imtina etmək istəyirdik. Çünki yeni heyət formalaşdırırıq. Gələcək 2-3 ilin planı tutmuşduq. Bu səbəbdən də komandadan çoxsaylı futbolçular getdi. Maraqlandıq, məlum oldu ki, avrokuboklardan imtina etsək, cəzalanacağıq. Bir sözlə, “Torpedo” ilə biz oynayacağıq, bu yöndə də çalışırıq. R əqib ciddidir. Əlimizdən gələni edəcəyik. “Turan Tovuz” məsələsində “Zirə”ni günahlandırmaq düzgün deyil. Doğru təhlil aparılsa, bizim məsələyə aidiyyətimiz olmadığı aydınlaşar.
- Azarkeşlərin tələbi “Torpedo”nu keçməkdir...
- İstəyimiz mərhələ keçməkdir. Tək söhbət “Torpedo”dan getmir. Futboldur, qarşımızdakı ciddi rəqibdir, cavab oyununu 12 min azarkeş qarşısında keçirəcəyik. Bu da çox önəmlidir. Çünki ötən il “Hayduk”la cavab oyununu Bakıda keçirsəydik, mərhələni biz adlayacağdıq. Səfərdə bərabər şəraitdə keçən oyunda azarkeş dəstəyi rəqibə çox böyük üstünlük verdi. Yenə də eyni hal yaşanacaq.
- Hansı mövqelərin güclənməsini istəyirsiniz?
- 7-8 transfer planlaşdırırıq. Rəhbərliklə danışığımız olub. Lakin avrokuboklar üçün yox, gələn mövsüm üçün transferlər reallaşdıracağıq. Əlimizdə olan futbolçularla avrokuboklara hazırlaşırıq. Tələsik qərar verməyəcik. Sırf avrokubok üçün transfer etməyəcəyik.
- İki futbolçu baxışdadır. Onlar haqda fikriniz necədir?
- Bəli, Kot-d’İvuar və Mərakeşdən olan gənc futbolçular baxışdadırlar. Onlar haqda qarşıdakı günlərdə qərar verəcəyik. Keçən il də bu cür sınaqdan sonra Əbdüləzizi heyətimizə qatmışdıq.
- Brazilyalı qapıçı Maykon Kleytonu transfer etdiniz. Buna qədər “Şamaxı”dan ayrılan Rikardo Fernandeslə danışığınız olmuşdu?
- Bu il yox, keçən il bu yöndə müzakirə aparılmışdı. Çünki Tiaqonun keçən il də getmək ehtimalı var idi. O, bu il müqaviləni uzatmadıqdan sonra Maykonla danışığımız oldu.
- Komandadan yenə də gedənlər olacaq?
- Bu barədə müzakirələr var. 2-3 futbolçunun ayrılması mümkündür. Bu da onların istəyi ilə bağlıdır. Lakin həmin futbolçularla razılaşmışıq ki, bu məsələlərə avrokuboklardan sonra qayıdacağıq.
- Türkiyə millisinin DÇ-2026-dakı uğursuz çıxışı barədə fikirləriniz necədir?
- Çox məyus olduq. Halbuki komandanın mundialdakı çıxışını səbirsizliklə gözləyirdik. Özbəkistana da azarkeşlik edirik. Amma bu komandanın ora düşməsi, ilk görüşdə Kolumbiyaya qarşı layiqli mübarizə aparması yetərlidir. Türkiyədən isə gözlənilər daha çox idi. Təəssüf ki, istədikləri performansı göstərə bilmədilər.
- “Zirə” 1992-ci ildə son anda Avropa çempionatına qatılan və yekunda qızıl medallara sahib çıxan Danimarka yığmasının uğurunu təkrarlaya bilər?
- Hamının ağlından bir anlıq bu keçir. Amma futbolda elə şeylər var ki, həyatda bir dəfə olur. İstərdik bizə də uğur gətirsin və qrupa düşək. Bunu rəhbərlik də, azarkeşlər də, futbol camiəsi də istəyir. Amma indiki məqamda məni “Torpedo” ilə oyun maraqlandırır.
- Bu gün “Qarabağ”la matçda Amin Seydiyev və Qismət Alıyevi müdafiənin hər iki cinahında sınadınız. Bu, eksperiment xarakteri daşıyırdı, yoxsa mövsüm boyu belə olacaq?
- Bunu mövsüm boyu da görə biləcəyik. İkisi də universaldır. Qismət onsuz da “Zirə”dəki ilk illərində sol cinahda oynayırdı. İssa Cibrillanın zədəsi var. O, kubokun finalında zəifləmişdi. Suallar var idi ki, Rəşad niyə onu dəyişdi. Halbuki zədələnmişdi və məhz buna görə dəyişiklik etmişdik. İssa hələ də zədəlidir.
- Qurban Qurbanova “Qarabağ”da nə vaxt 14 nömrə görəcəyik sualı verildi. O isə qeyd etdi ki, 14 nömrə çətin sualdır...
- Qurban müəllimin sözünün üstünə söz demək olmaz (gülür).
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
13:26
İsgəndər Cavadov Peşəkar Futbol Liqasının qonağı olub
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
24.09.2026
23.09.2026
22.09.2026
























