Ölkə futbolu
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub
Bu gün Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin stadionunda görkəmli futbol mütəxəssisi Hüseyn İsmayılovun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, mərhum məşqçinin yetirmələrinin, futbol veteranlarının və media nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə jurnalist İlqar Tağıyev açıb. O, çıxışında Hüseyn İsmayılovun həyat və fəaliyyətindən bəhs edərək, Azərbaycan futbolunun inkişafında göstərdiyi xidmətləri xüsusi vurğulayıb.
İlqar Tağıyev qeyd edib ki, Hüseyn İsmayılov uzun illər ərzində gənc futbolçuların yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi altında peşəkar futbolçu kimi formalaşan Fərrux İsmayılov, Samir Əliyev, Samir Musayev, Rizvan Fərzəliyev, Zaur Ramazanov və Müşfiq Qənbərov kimi futbolçular sonradan ölkə futbolunun tanınmış simalarına çevrilərək Azərbaycan milli komandalarının şərəfini qoruyublar.
Tədbirdə çıxış edən Hüseyn İsmayılovun yetirmələri Fərrux İsmayılov, Araz Əliyev və Rövşən Babayev məşqçiləri ilə bağlı xatirələrini bölüşüb, onun həm peşəkar mütəxəssis, həm də qayğıkeş insan kimi yaddaşlarda qaldığını bildiriblər.
Məşqçinin oğlu Taleh İsmayılov isə belə bir tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. O qeyd edib ki, Hüseyn İsmayılovun yetirmələrinin bu gün də məşqçi və mütəxəssis kimi Azərbaycan futboluna xidmət etməsi onun məktəbinin yaşadığını göstərir.
Yubiley tədbiri çərçivəsində maraqlı futbol qarşılaşması da təşkil olunub. Bir vaxtlar Hüseyn İsmayılovun təsis etdiyi “Naxçıvan” komandası ilə jurnalist və veteran futbolçulardan ibarət “Media Team” komandası arasında keçirilən yoldaşlıq oyunu 7:7 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Hüseyn İsmayılov Azərbaycan futbolunda gənc istedadların üzə çıxarılması və onların peşəkar futbolçu kimi yetişməsində mühüm xidmətləri ilə yadda qalıb. Onun tələbələri müxtəlif illərdə ölkə futbolunun uğurlarında əhəmiyyətli pay sahibi olublar.
Hüseyn İsmayılov SSRİ-nin dağıldığı son böhranlı illərində və ölkəmizin müstəqilliyinin ilk illərində, yəni ən çətin dövrdə öz fədakarlığı, futbola olan sevgi və xüsusi diqqəti ilə uşaq və yeniyetmə futbolunun ayaqda qalmasında böyük rolu olub. Məhz bu səbəbdəndir ki, illər sonra da yetirmələri və futbol ictimaiyyəti onu hörmət və sevgi ilə yada salırlar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























