2 Noyabr 2026, Bazar ertəsi
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"

Ölkə futbolu

Klublarımızın avrokuboklardakı mümkün rəqiblərinin sayı azaldı

Bu gün keçiriləcək avrokubok püşkləri öncəsi UEFA komandaları qruplara bölüb.

Futbolxeber.az saytının məlumatına görə, bununla da Azərbaycan təmsilçilərinin mümkün rəqiblərinin sayı azalıb.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Sabah”ın potensial rəqib sayı 14-dən 7-ə düşüb:

“Şemrok Rovers” (İrlandiya)

“KuPS (Finlandiya)

“Linkoln Red İmps” (Cəbəllütariq)

“Riqa” (Latviya)

“Flora” (Estoniya)

“Larn” (Şimali İrlandiya)

TNS (Uels)

Avropa Liqasında iştirakçı sayının az olması səbəbindən qruplaşdırma aparılmayıb. Bu turnirdə çıxış edəcək “Qarabağ”ın mümkün rəqibləri əvvəlki kimi qalır:

“Jilina” (Slovakiya)

“Voyvodina” (Serbiya)

“Universitatya Kluj” (Rumıniya)

“Alüminiy” (Sloveniya)

“Derri Siti” (İrlandiya)

“Vestri” (İslandiya)

Konfrans Liqasında isə komandalar 5 qrupa bölünüb. “Zirə” 1-ci qrupda yer alıb və onun 5 mümkün rəqibi var:

“Torpedo” (Gürcüstan)

“Velej” (Bosniya və Herseqovina)

“Yelimay” (Qazaxıstan)

“Elbasani” (Albaniya)

“Petrovats” (Monteneqro)

Qeyd edək ki, UEFA-da 1-ci mərhələlərin püşkatma mərasimi bu gün keçiriləcək. Konfrans Liqasındakı digər təmsilçimiz “Neftçi” yarışa ikinci mərhələdən başlayacaq. “Ağ-qaralar”ın rəqibi iyunun 17-də müəyyənləşəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30