3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Araz Naxçıvan” 2 hücumçu transfer etdi

“Araz Naxçıvan" PFK heyətini 2 futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk dövrədən sonra I Divizionun lideri olan "qırmızı-ağlar" mövsümün birinci yarısını Türkiyənin "Kamramanmaraşspor" komandasında keçirən Fərid Quliyevi rənglərinə bağlayıb. Futbolçu ilə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Fərid Quliyev 1986-cı il yanvarın 6-da doğulub. Peşəkar karyerasına 2003/04 mövsümündə Bakı "Dinamo"sunda başlayan Quliyev sonradan "Qarabağ" (2005/06), "Bakı" (2006-2008), "Muğan" (2008), "Standart" (2009/2010), "Neftçi" (2010-2012), "Simurq" (2011), "Turan" (2012), "Kəpəz" (2013) kimi komandaların şərəfini qoruyub. 2009/10 mövsümündə forvad 16 qolla Azərbaycan çempionatının bombardiri olub. Maraqlısı odu ki, Premyer Liqada Fərid sonuncu dəfə bombardir olan azərbaycanlı futbolçudu. 2010-cu ilə o, milliyə də dəvət olunub və keçirdiyi 7 oyunda bir qola imza atıb.

Naxçıvan klubu Quliyevlə yanaşı, "Karvan"ın hücumçusu Əziz Hüseynovu komandaya dəvət edib. Gənc futbolçu ilə 1 illik müqavilə imzalanıb.  Yevlaxın uşaq futbol məktəbində futbolun sirlərini öyrənməyə başlayan Əziz Hüseynov sonradan “Karvan”ın əsas heyətinə dəvət edilib. Daha sonra “Qəbələ”yə yollanan Hüseynov, bir mövsümdən sonra yenidən doğulduğu şəhərə qayıdıb və  mövsümün başlanğıcından "Araz-Naxçıvan"a transfer olunanadək əsas heyətdə əvəzedilmədən çıxış edib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31