7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Ölkə futbolu

Avroliqa: “Qarabağ”ın bütün mümkün rəqibləri müəyyənləşdi

"Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki bütün mümkün rəqibləri bəlli olub.

Futbolxeber.az saytının haqqin.az-a istinadən verdiyi məlumata görə, Moldova kubokunun finalında “Şerif”in “Zimbru”nu məğlub etməsindən sonra Ağdam təmsilçisinin son potensial rəqibi Slovakiyanın “Jlina” klubu olub.

Qurban Qurbanovun komandası püşkatma zamanı reytinqi yüksək olan komandaların daxil olduğu səpələnmişlər səbətində yer alacaq.

“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı belədir:

“Jlina” (Slovakiya)

“Voyvodina” (Serbiya)

“Universitatya Kluj” (Rumıniya)”

“Alüminiy” (Sloveniya)

“Derri Siti” (İrlandiya)

“Vestri” (İslandiya).

Qeyd edək ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bir gün sonra isə 2-ci təsnifat mərhələsinin püşkatması keçiriləcək.

“Qarabağ” həmin mərhələdə də səpələnmişlər arasında olacaq. Komandanın mümkün 9 rəqibindən 3-ü artıq məlumdur: “Tvente” (Niderland), “Tromse” (Norveç) və “Hammarbü” (İsveç).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31