3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Qarabağ”ın çəkisi çox ağırdır”

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, "Qarabağ"ın prezidenti Tahir Gözel və “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvləri komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov başa çatmaqda olan mövsüm haqda danışıb. O, “Qarabağ”ın UEFA Çempionlar Liqasında qazandığı uğuru, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələri futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələndirib:

“Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31