Ölkə futbolu
Tahir Gözel: "Uzaqgörən transfer siyasətinə üstünlük verdik"
“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, "Qarabağ"ın prezidenti Tahir Gözel və “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvləri komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçiriblər.
Futbolxeber.az saytının məlumatına görə, bu barədə klub açıqlama yayıb. Tədbir mövsümün yekunlarına həsr olunub. Görüşdə “Qarabağ”ın tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyi mövsümün yekunları müzakirə olunub. Həmçinin yeni mövsüm və klubun hədəfləri barədə fikirlər bildirilib.
Tahir Gözel “Qarabağ”ın mövsüm ərzində göstərdiyi ümumi performansı dəyərləndirib, komandanın həm ölkədaxili yarışlarda, həm də UEFA Çempionlar Liqasındakı çıxışının Azərbaycan futbolu üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Daha bir möhtəşəm mövsümün şahidi olduq. Azərbaycan xalqı, bütün futbol dünyası Avropa arenasında mükəmməl oyunlar sərgiləyən bir “Qarabağ” izlədi. Komandamız il ərzində Azərbaycan Premyer Liqasında yüksək səviyyəli və sabit çıxışı ilə çempionatın ön sıralarında qərarlaşdı, ölkə futbolundakı lider mövqeyini bir daha təsdiqlədi. Bununla yanaşı, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı layiqincə təmsil etdik. Komandamız UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi. Bu mövsüm Çempionlar Liqasında yaşananlar isə Azərbaycan futbol tarixinin ən parlaq Avropa səhifələrindən biri kimi yadda qaldı. “Qarabağ”ın artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil, böyük rəqabətin real söz sahibi olduğunu bütün qitəyə nümayiş etdirdi. Bütün bunlar eyni zamanda Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunun nümayişi idi. Bu uğurlu yolun formalaşmasında Qurban Qurbanovun rolu xüsusi qeyd olunmalıdır. O, “Qarabağ”ın yalnız baş məşqçisi deyil, həm də klubun futbol fəlsəfəsini formalaşdıran əsas memarlardan biridir”.
Klub prezidenti transfer siyasəti və ümumi idarəetmə modelindən də bəhs edib: “Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. Klubun maliyyə dayanıqlığının qorunması, uzunmüddətli inkişaf strategiyasının davamlılığı və sabit idarəetmə modeli bizim üçün əsas prioritetlər sırasındadır. “Qarabağ” uzun illərdir planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək. Akademiyamızın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir. Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb. Aşağı yaş komandalarımız həm ölkədaxili yarışlarda uğurlu nəticələr qazanır, həm də beynəlxalq turnirlərdə mühüm təcrübə toplayır. UEFA Gənclər Liqasında iştirakımız, Avropa səviyyəsində keçirdiyimiz oyunlar və futbolçularımızın beynəlxalq rəqabət mühitində formalaşması akademiyamız üçün olduqca vacib mərhələyə çevrilib. Bu turnirlər gənc oyunçularımızın inkişafına, onların peşəkar futbola daha sürətli uyğunlaşmasına və beynəlxalq futbol atmosferini dərindən hiss etmələrinə böyük töhfə verir. Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda “Qarabağ”ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu həm əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək. Klub olaraq yerli futbolçuların inkişafına xüsusi önəm verir və bu istiqamətdə yatırımlarımızı və layihələrimizi ardıcıl şəkildə davam etdiririk”.
Tahir Gözel gələcək mövsümə dair gözləntilərini də bölüşüb. O, “Qarabağ”ın qarşıdakı dövrdə də həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək hədəflərlə çıxış edəcəyini bildirib: “Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik. Komandanın gücləndirilməsi istiqamətində işlər davam edir və ilk transferimizi də uğurla reallaşdırmışıq. İnanıram ki, komandamıza qoşulacaq yeni futbolçular öz keyfiyyətləri, xarakterləri və peşəkarlıqları ilə “Qarabağ”ın oyun fəlsəfəsinə qısa zamanda uyğunlaşaraq klubumuza böyük fayda verəcəklər. Əminəm ki, qarşıdakı mövsüm “Qarabağ” üçün yeni uğurlar, yeni hədəflər və yeni tarixi anlarla yadda qalacaq. Biz hər zaman olduğu kimi böyük məsuliyyətlə çalışır, azarkeşlərimizə layiq komanda formalaşdırmaq üçün bütün gücümüzü ortaya qoyuruq. “Qarabağ” olaraq hər il olduğu kimi, bu mövsüm də sabit inkişafı davam etdirmək, komanda oyununu daha da gücləndirmək, həm Premyer Liqada, həm də Avropa yarışlarında rəqabətədavamlı çıxış sərgiləməkdir. Avropa səhnəsində qazandığımız təcrübə bizə böyük üstünlük verir. “Qarabağ” yeni mövsümdə də Avropada Azərbaycanı layiqincə təmsil etməyə, rəqabətli və cəsarətli futbol sərgiləməyə davam edəcək. Məqsədimiz hər oyunda xarakterimizi göstərmək, mübarizə aparmaq, klubun və Azərbaycanın adını daha yüksək səviyyədə tanıtmaqdır”.
Sonda Tahir Gözel klubun bütün üzvlərinə və azarkeşlərinə təşəkkür edib: “Bu mövsüm azarkeşlərimizin dəstəyi xüsusi qeyd olunmalıdır. Həm ölkədaxili oyunlarda, həm də Avropa səfərlərində tribunaları dolduran, komandamızı bir an belə yalnız buraxmayan azarkeşlərimiz bir daha “Qarabağ” ailəsinin gücünü göstərdilər. Bu mövsüm bir sıra azarkeş rekordlarına imza atılması da klubumuz üçün xüsusi qürur mənbəyi oldu. İnanıram ki, qarşıdakı mövsümdə də birlikdə yeni rekordlara və yeni uğurlara şahid olacağıq. Əminəm ki, azarkeşlərimiz Avropada da bizi yenə tək qoymayacaq və “Qarabağ”ın ən böyük güclərindən biri olaraq komandamızın yanında olacaqlar. Bir daha futbolçularımıza, məşqçilərimizə, əməkdaşlarımıza, tərəfdaşlarımıza və hər zaman tribunada bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm”.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov başa çatmaqda olan mövsüm haqda danışıb. O, “Qarabağ”ın UEFA Çempionlar Liqasında qazandığı uğuru, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələri futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələndirib: “Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq”.
Tədbirin sonunda futbolçular çıxış edərək komandaya başa çatmaqda olan mövsümü dəyərləndirib, yeni mövsümdə uğurlar arzulayıblar. Onlar komandanın hədəflərinə çatması üçün əllərindən gələni edəcəklərini bildiriblər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
-
17:03
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
09:20
“Qarabağ”, yoxsa “Zirə”?
-
09:10
U-20 millimiz Moldovanı sınağa çəkir
-
09:00
“Turan Tovuz” “Fənərbaxça”ya qarşı
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
03.10.2026
02.10.2026
























