3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında sonuncu - 33-cü turda “Sabah”la ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.

Futbolxeber.az saytının məlumatına görə, rəsmi məlumatda buna səbəb kimi Tovuz şəhər stadionunda təmir-bərpa işləri göstərilib:

“Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşmaq məqsədilə “Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.

Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərinin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Azərbaycan Premyer Liqasının 33-cü turunun "Turan Tovuz" - "Sabah" oyunu “Bank Respublika Arena”da keçiriləcək.

Dəyərli "Turan" ailəsi!

Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün işlər gücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsədimiz avrokubok oyununu doğma meydanda keçirməkdir”.

Xatırladaq ki, 2026/27 mövsümündə "Turan Tovuz" Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31