17 Avqust 2026, Bazar ertəsi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi

Ölkə futbolu

Region Liqasının qalibi bəlli oldu

AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, Şamaxı şəhər stadionunda keçirilən final oyununda “Zəngəzur” və “Marafon” komandaları qarşılaşıblar.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Zəngəzur” kollektivi çempion olaraq, II Liqada iştirak hüququ əldə edib. “Marafon” isə II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.

3-cü yer uğrunda qarşılaşmada “Biləsuvar” komandası “Şəfəq” kollektivini 4:1 hesabı ilə məğlub edərək, bürünc medal qazanıb.

Oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. 78 qol vuran “Marafon” komandasının oyunçusu Vüqar Əşrəfli bombardirə təqdim olunan mükafata yiyələnib. “Zəngəzur” komandasından isə Elgün Abbaslı Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.

Nəhayət, “Biləsuvar” bürünc, “Marafon” gümüş medalla, “Zəngəzur” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31