3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

ÇL: “Sabah”ın 14 mümkün rəqibindən 13-ü bəllidir

Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri demək olar ki, müəyyənləşib.

Futbolxeber.az saytının haqqin.az-a istinadən verdiyi məlumata görə, turnirin ilk mərhələsində 28 komanda iştirak edəcək. “Sabah” 14 səpələnməmiş klub arasında yer alacaq.

Bakı təmsilçisinin qarşılaşa biləcəyi 14 səpələnmiş komandadan 13-ü artıq məlumdur:

- “Şemrok Rovers” (İrlandiya)

- KUPS (Finlandiya)

- “Drita” (Kosovo)

- “Linkoln Red İmps” (Cəbəllütariq)

- “Borats” (Bosniya və Herseqovina)

- “Vikinqur” (İslandiya)

- “Kayrat” (Qazaxıstan)

- “Universitatya Krayova” (Rumıniya)

- “Riqa” (Latviya)

- “Klaksvik” (Farer adaları)

- “Flora” (Estoniya)

- “Larn” (Şimali İrlandiya)

- “Petrokub” (Moldova)

14-cü mümkün rəqib Uelsin TNS klubu ola bilər. Lakin bu, Ermənistan çempionatının nəticələrindən asılıdır. Çempionluq uğrunda “Ararat-Armenia” və “Noa” mübarizə aparır. Əgər “Ararat-Armenia” çempion olsa, TNS səpələnmişlər sırasına düşəcək və “Sabah”ın mümkün rəqiblərindən biri olacaq. “Noa” çempion olacağı halda isə reytinqinə görə TNS-i üstələyərək onun yerini tutacaq. Ancaq UEFA Azərbaycan və Ermənistan klublarını püşkatmada ayırdığı üçün “Sabah”ın erməni təmsilçisi ilə qarşılaşmaq ehtimalı yoxdur.

Beləliklə, “Sabah”ın mümkün rəqiblərinin sayı 13 və ya 14 ola bilər.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 7/8-i və 14/15-də baş tutacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31