Ölkə futbolu
“Dirçəliş Kuboku”nda yarımfinal oyunları keçirilib
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində yarımfinal mərhələsinin oyunları keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı təşkil edilən mərasimdə turnirdə iştirak edən dövlət qurumlarının və şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in donor və tərəfdaşları, tanınmış idmançılar və media nümayəndələri iştirak ediblər.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək yarımfinal mərhələsinə vəsiqə qazanan komandaları təbrik edib, onlara çox vacib oyunda uğurlar arzulayıb.
İdarə Heyətinin sədri turnirdən əldə olunan vəsaitin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrinə yönəldiləcəyini xatırladaraq, iştirakçı komandalara və donorlara nümayiş etdirdirdikləri sosial məsuliyyətə görə təşəkkürünü bildirib.
Sonra Rəhman Hacıyev “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin 2024/2025 mövsümünün finalçılarına - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kapitanı Fərid Hüseynov, turnirin qalibi olmuş Dövlət Neft Şirkətinin (SOCAR) komandasının kapitanı Ramin İsmayılova Fond adından xüsusi hədiyyələr təqdim edib.
Eyni zamanda hazırkı mövsümün yarımfinalına yüksələn komandaların təmsil etdikləri şirkətlərin rəhbərləri - “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov, “Bir Ecosystem” şirkətinin baş icraçı direktoru Fərid Hüseynov, “Azerconnect Group” şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və “Unicapital İnvestisiya” şirkətinin baş direktoru Vüqar Namazov da xüsusi hədiyyələrlə təltif ediliblər. Yarımfinalçılara ötən il tanınmış almaniyalı rəssam İnqa Şmidtin rəhbərliyi ilə gənc Azərbaycan rəssamları üçün keçirilən master-klass çərçivəsində yaradılan və Qarabağa həsr edilən rəsm əsərləri hədiyyə olunub.
Təltifetmə mərasimindən sonra yarımfinal mərhələsinin oyunlarına start verilib. İlk olaraq meydana “Unicapital” və “Bir Ekosistemi” komandaları çıxıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “Bir Ekosistemi” finala vəsiqə qazanıb.
“Azerconnect Group” - “Avrora Qrup” oyunu da gərgin rəqabət şəraitində keçib. Görüşün əsas hissəsi 3:3 hesablı bərabərliklə başa çatdığından qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan “Azerconnect Group” finala ikinci vəsiqəni təmin edib.
Beləliklə, turnirin 6 iyun tarixində keçiriləcək həlledici final oyununda “Bir Ekosistemi” və “Azerconnect Grup” komandaları üz-üzə gələcəklər. Eyni zamanda, digər iki yarımfinalçı bürünc medalları uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu, “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir.
Dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlərin 40 komandasının iştirakı ilə start verilən turnirin keçirilməsində başlıca məqsəd Qarabağın bərpası prosesinə ictimai dəstəyin gücləndirilməsi, eyni zamanda insanlar arasında ianə mədəniyyətinin təşviq edilməsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır.
Məlumat üçün onu da bildirək ki, turnirin baş sponsoru və iştirak edən komandalar tərəfindən Qarabağ Dirçəliş Fonduna ümumilikdə 115.000 manat vəsait ianə edilib və bu vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
-
17:03
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
09:20
“Qarabağ”, yoxsa “Zirə”?
-
09:10
U-20 millimiz Moldovanı sınağa çəkir
-
09:00
“Turan Tovuz” “Fənərbaxça”ya qarşı
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
03.10.2026
02.10.2026
























