Ölkə futbolu
Möcüzə adam
8 dekabr, 2025-ci il. “Neftçi” Masazırda “Sabah”ın qonağıdır. “Ağ-qaralar”ın yeni baş məşqçisi Yuri Vernidub oyunu tribunadan izləyir. Əslində izləməli bir şey də yoxdur. “Neftçi” meydanda konkret sürünür. Komandanın ifasında futbol adına heç nə yoxdur. İkinci hissədə “Neftçi” sadəcə topu irəli vurmaqla məşğuldur. Media tribunası ilə Vernidubun əyləşdiyi skayboks arasında məsafə uzaqdır. Amma ukraynalı mütəxəssisin qayğılı görüntüsü 50-60 metrdən də rahat sezilir. “Neftçi”nin vəziyyəti həqiqətən də ürəkaçan deyil. Düzü, könlünü “ağ-qaralar”a verənlərin də ümidləri böyük deyil. Adrian Mutu, Miodraq Bojoviç, Samir Abasov... Əksəriyyətin fikri belədir ki, bu siyahıya ən geci mövsümün sonunda Yuri Vernidub da qoşulacaq, yayda yenə komanda baş məşqçi axtarışına başlayacaq. Yenə 5-10 legioner göndəriləcək, əvəzinə yeni əcnəbilər cəlb olunacaq...
14 tur geridə qalıb, “Neftçi” cəmi 3 qələbə qazanıb, 15 xalla 9-cu pillədə qərarlaşıb. Komanda qol sayında yalnız turnir cədvəlinin son 4 pilləsində qərarlaşan “İmişli”, “Qəbələ”, “Kəpəz” və “Karvan-Yevlax”ı üstələyir. “Neftçi” 3-cü pillədəki “Zirə”dən 11 xal geri qalır. Uzun sözün qısası, “Neftçi”nin avrokuboklara vəsiqə qazanacağına, ilk dördlüyə düşəcəyinə ən optimist azarkeş də inanmır...
17 may, 2026-cı il. Kamal Umudlu final fitini səsləndirir. “Neftçi” “Sabah”ı 2:1 hesabı ilə məğlub edərək mövsümün sonuna 1 tur qalmış dördüncü yeri qarantiləyir. Bu, həm də UEFA Konfrans Liqasına vəsiqə deməkdir. Bu, “Neftçi”nin 3 illik həsrətinin sonu deməkdir. “Ağ-qaralar” Vernidub gələndə 11 xal geri qaldığı “Zirə”ni hazırda 3, 10 xal geri qaldığı “Sumqayıt”ı 15, 7 xal geri qaldığı “Araz-Naxçıvan”ı 13, 1 xal geri qaldığı “Şamaxı”nı isə 18 xal qabaqlayır. Bütün bunların yalnız bir adı var - MÖCÜZƏ! Mənə görə Yuri Vernidub həqiqətən də möcüzəni reallaşdırdı. Məsələ heç də nəticədə deyil. “Neftçi” futbol oynayır, futbol. İddialılar bir yana, “Neftçi” mövsümün əvvəlində qarşısında əziyyət çəkdiyi “İmişli”ni, “Şamaxı”nı bir ayaqla üstələyir. Breno Almeydanı çıxsaq, eyni heyət, eyni komanda. Bu nəticə həm də futbolda məşqçi amilinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.
Vernidubun böyüklüyü ondadır ki, gəldiyi ilk gündən bir dəfə də olsun heyətdən şikayətlənmədi. Bir dəfə də olsun dilindən “bu komandanı mən yığmamışam” cümləsini eşitmədik. Bu, yalnız şəxsiyyətlərə xas xüsusiyyətdir. Təkcə bu yox. Həm də dünənki açıqlamaları: “Klubun işçilərinə təşəkkür edirəm. Həkimlər, massajistlər, inzibatçılar əllərindən gələni edirdilər ki, biz oyunlara rahat hazırlaşaq, rahat dincələk, gücümüz yerində olsun. Bazada çalışan hər kəsə minnətdaram. Onların da bu uğurda rolları danılmazdır”. Düzünü deyin, bu günə qədər Azərbaycanda neçə məşqçi uğur qazanandan sonra bazada çalışanları yad edib? Hansı məşqçi sıravi xadiməni uğuruna şərik edib?.. Bu, böyüklüyün əlamətidir.
“Neftçi” azarkeşi səbirli olduğu qədər həm də uğura acdır. Onlar daha bir möcüzə gözləyirlər. Amma bu dəfə Avropada. Uğurlar, möcüzə adam. “Neftçi”ni “həyata qaytardınız”, indi isə flaqmanı Avropaya qaytarmağın vaxtıdır...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
-
17:03
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
09:20
“Qarabağ”, yoxsa “Zirə”?
-
09:10
U-20 millimiz Moldovanı sınağa çəkir
-
09:00
“Turan Tovuz” “Fənərbaxça”ya qarşı
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
03.10.2026
02.10.2026
























